Tanınmış aparıcı “Space TV” ilə yollarını ayırıb. “Space TV”nin “Hər Gün” xəbərlər xidmətinin rəhbəri Elman Bakuvi öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Elman Bakuvi bundan öncə uzun illər “Azad Azərbaycan Televiziyası”nda fəaliyyət göstərib. O, “Space TV”də rəhbər vəzifəsinə 2023-cü ildə təyin olunmuşdu.
Cəmiyyət
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. xeberde.az xəbər verir ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. (Mənbə: report)
AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir. Uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir. Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik […]
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu tarixi 34 ildir ki, əlamətdar bayramlardan biri kimi qarşılayırlar. 2020-ci ildən etibarən isə Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunur. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsindəki tarixi qələbədə xalqımızın milli həmrəyliyi də böyük rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün […]
Milli birliyin və bərabərliyin simvolu.
Xalqımız dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya […]
Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində milli birlik və həmrəyliyin ən parlaq təcəssümü kimi yadda qaldı. 44 gün davam edən bu müqəddəs savaş təkcə hərbi qələbə deyil, eyni zamanda xalq–iqtidar–ordu birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan cəmiyyətinin bütün təbəqələri – gənclər və yaşlılar, şəhər və kənd sakinləri, ziyalılar və […]
Xaricdə yaşayan azərbaycanlıların uğurlu lobbi siyasəti.
Sovet imperiyasının süqutundan sonra baş verən ictimai-siyasi proseslər Azərbaycan xalqının milli özünüdərkində mühüm dönüş nöqtəsi yaratdı. Xüsusilə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüş etməsi, süni şəkildə yaradılmış maneələrin aradan qaldırılması xalqın birliyə və bütövlüyə olan arzusunun açıq ifadəsi idi. Uzun illər bir-birindən ayrı salınmış Şimali və Cənubi Azərbaycanın nümayəndələrinin sərhəd […]
Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır.
Birinci Formula 1 yarışının Azərbaycanda, xüsusilə də Bakıda keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında, beynəlxalq tanınmasında və turizm potensialının reallaşdırılmasında mühüm dönüş nöqtəsi oldu. Bu mötəbər və qlobal miqyasda böyük auditoriyaya malik idman tədbirindən sonra ölkəmizə gələn xarici turistlərin sayının 20 faiz artması təsadüfi hal deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Formula 1 yarışı […]
Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir.
2024-cü il iyunun 21-də Azərbaycan idman tarixində mühüm və simvolik hadisə baş vermişdir. İlk dəfə olaraq dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı olan UFC (Ultimate Fighting Championship) üzrə beynəlxalq turnir Bakıda keçirilmişdir. Turnir paytaxtın ən böyük idman-tədbir məkanlarından biri olan Bakı Kristal Zalında təşkil olunmuşdur və bu hadisə ölkəmizin qlobal idman xəritəsində mövqeyini daha […]
Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə
çatıb. Beynəlxalq arenada əldə olunan idman uğurları Azərbaycanın son illərdə qazandığı mühüm nailiyyətlərdən biridir. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medalın, o cümlədən təqribən 600-dən artıq qızıl medalın qazanılması ölkədə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha sübut edir. Bu göstəricilər təsadüfi deyil və ardıcıl, məqsədyönlü dövlət siyasətinin, eləcə də idmana göstərilən xüsusi diqqət […]










