Cəmiyyət

SON DƏQİQƏ! Azərbaycanda bu qadağan edildi

Azərbaycanda “Texniki tənzimləmə haqqında” qanunun 14.2-ci maddəsinə əsasən, bu qanunun və texniki reqlamentlərin tələblərinə uyğun olmayan və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş malların istehsalının, satışa çıxarılmasının, idxal edilməsinin və istifadə olunmasının qadağan edilməsi nəzərdə tutulur. Bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye […]

Cəmiyyət

Prezident ASAN xidmətlə bağlı FƏRMAN imzaladı

ASAN xidmət və Esvatini arasında əməkdaşlığa dair memorandum təsdiqlənib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb. […]

Cəmiyyət

Avqustun 4-də nəqliyyat vasitələri hərraca çıxarılacaq

Avqustun 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı üzrə növbəti hərrac keçirəcək. Hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təşkil olunacaq. Hərraca ümumi dəyəri 280 min 470 manat olan 28 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. Bildirilib ki, sifarişlər hərracın keçirilməsinə ən azı […]

Cəmiyyət

DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə xeberde.az-a Xidmətdən məlumat verilib. Bildirilib ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulub. sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə […]

Cəmiyyət

Azərbaycanda yeni cərimələr: 50 min manata qədər cəza tətbiq ediləcək

Milli Məclis Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələri son oxunuşda qəbul edib. xeberde.az bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişikliklər layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Yeni maddəyə əsasən, “İnformasiya, […]

Cəmiyyət

Bakıda bu avtobuslar da yeniləndi

Bakının Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən […]

Cəmiyyət

Bu gün 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Mehman Əliyev 51 illik yaşını qeyd edir

28 iyun tarixində 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Mehman Əliyevin 51 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə Media Məlumat Mərkəzinin və Milli TV-nin kollektivi adından cənab Mehman Əliyevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmət fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Uzun illərdir ədliyyə orqanlarında vicdanla xidmət edən Mehman […]

Cəmiyyət

Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin […]

Cəmiyyət

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri Modelinə Uyğunlaşdırılması

     Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri hərbi sahədə də özünü aydın şəkildə göstərir. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatların əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması olmuşdur. Bu proses ordunun peşəkarlığının artırılmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və döyüş qabiliyyətinin yüksəldilməsinə mühüm töhfələr vermişdir.      Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin […]