AKTUAL Araşdırma Cəmiyyət Ölkə

Azərbaycanda dulların əksəriyyəti qadınlardır – STATİSTİKA

Azərbaycanda əhalinin nikah vəziyyətinə dair ən dolğun məlumatlar əsasən hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı toplanır. Əhalinin ailə vəziyyəti – subay, evli, boşanmış və ya dul olması kimi göstəricilər məhz bu proses çərçivəsində rəsmi şəkildə qeydə alınır. Sonuncu ümumölkə siyahıyaalınması 2019-cu ildə aparılıb və hazırda əhalinin nikah vəziyyəti ilə bağlı mövcud statistika məhz […]

Cəmiyyət

“İmtahanda olmaya-olmaya yazıblar ki…” – İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR

“Azəriqaz” İB-nin BRQİD -nin rəisi vəzifəsinə təsdiqlənən Zamin Mehrəliyev səlahiyyətlərini aşaraq, çox böyük özbaşınalıqlara yol verir”. xeberde.az xəbər verir ki, bu sözləri Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlının sosial media hesabındakı paylaşıma Şəfaqət Babayeva yazıb. O bildirib ki, Z.Mehrəliyev özünə yaxın diplomsuz və savadsız şəxsləri heç bir imtahan və ya müsabiqədən keçirmədən yeni yaradılan İdarəyə […]

Cəmiyyət

Ziya Məmmədovun oğlunun şirkəti LƏĞV EDİLİR

Azərbaycanda beton istehsalı ilə məşğul olan “Qarant Beton” şirkəti ləğv edilir. xeberde.az-ın məlumatına görə, MMC şirkətin ləğvi ilə əlaqədar kreditorlara müraciət edib. Kreditorlar iki ay ərzində tələbələrini bildirə bilərlər. Şirkətin ləğvi barədə elan “Vergilər” qəzetində dərc edilib. “Qarant Sement Zavodu” kimi tanınan MMC “Garant Holding”in strukturuna daxil olub. Sözügedən holdinqin rəhbəri sabiq nəqliyyat naziri Ziya Məmmədovun […]

Cəmiyyət Ölkə

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

xeberde.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Cəmiyyət Gündəm

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. xeberde.az  xəbər verir ki, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir. […]

Cəmiyyət Təhsil

Bakıda 2 213 məzuna fərqlənmə attestatı verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 213 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib. Bu barədə xeberde.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər […]

Cəmiyyət

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri AÇIQLANDI

2025-ci il mayın 19-23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Məlumata əsasən, monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində […]

Cəmiyyət

Çiyələk bəzi insanlar üçün təhlükəli ola bilər

Ağcaqayın tozcuğuna qarşı allergiyası olan şəxslər çiyələkdən uzaq durmalıdırlar. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu rusyalı həkim Marqarita Koroleva deyib. “Əgər insanın belə bir immun reaksiyası varsa, çiyələk allergiyanı gücləndirə və müəyyən problemlərə səbəb ola bilər. Belə hallarda olan insanlara bu meyvədən uzaq durmaq tövsiyə olunur”, – deyə o bildirib. Həkimin sözlərinə görə, allergiya əsasən dəri […]