Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb. Əhalinin mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər. xeberde.az məsələ ilə bağlı “Bolmart”ın qaynar xətti ilə əlaqə saxlayıb. Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil. Qeyd edək ki, […]
Cəmiyyət
Sabah Qaraçuxurda qaz olmayacaq
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. xeberde.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, “Əhmədli” qaz kəməri üzərində klapanın quraşdırılması işləri ilə əlaqədar oktyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov, V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov, M.Fətəliyev, Q.Vəliyev, […]
Bakıda “Şirinquş”lar peyda olub – əməkdaşlarımızın gördükləri – FOTOLAR
O vaxtlar hər şey daha sadə idi. Qonşuların qapısı bağlı qalmaz, uşaqlar axşamacan həyətlərdə tumançaq qaçardı. Küçələrin küncündə tum qabıqları səpələnər, nənələrin bükdüyü qəzet kağızlarının içindən günəbaxan tumlarının iyi gələrdi. Günəşin istisində əriməsin deyə kölgədə gizlədilən, şüşə bankalarda par-par yanan rəngbərəng “Şirinquş”lar isə həmin günlərin ayrılmaz simvolu idi. O xoruz formasında bərk şəkərlər — sanki […]
Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi.
Azərbaycan və Qazaxıstan xalqlarını əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi bağlar birləşdirir. Bu ortaq dəyərlər qarşılıqlı etimadın, əməkdaşlığın və regional əməkdaşlıq platformalarının inkişafında mühüm rol oynayır. Xüsusilə işğal dövründə dost dövlətin Azərbaycanın haqq işinə verdiyi dəstək, beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməsi iki qardaş ölkə arasında əlaqələrin strateji mahiyyətini ortaya qoyur və gələcək əməkdaşlıq üçün […]
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən təbii gözəllikləri, qədim tarixi və strateji əhəmiyyəti ilə seçilən bir bölgədir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu diyar əsasən dağlıq relyefə malikdir. Qubadlının coğrafi mövqeyi həm təbiət, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Rayon qərbdən 120 kilometr məsafədə Ermənistan Respublikası ilə sərhəddə yerləşir, şimaldan Laçın […]
Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər.
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi […]
Qubadlı rayonu tamamilə işğaldan azad oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı işğaldan azad olunaraq öz azadlığına, öz sahiblərinə qovuşub. Bu tarixi hadisə təkcə Qubadlının deyil, bütövlükdə Azərbaycanın Böyük Qələbəsinə gedən yolun mühüm mərhələsini təşkil edib. Qubadlının azad olunması ilə xalqımız öz doğma torpaqlarına qayıdışın qapılarını açdı, ədalət bərpa olundu, Vətən uğrunda canlarından keçən şəhidlərimizin arzusu gerçəkləşdi. […]
Onlarla taksi sürücüsü avtovağzalda gecələyir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürücülərini çətin vəziyyətə salıb. xeberde.az xəbər verir ki, son günlər Bakıda taksi sürücüləri üçün ciddi çətinliklər yaranıb. AYNA-nın “buraxılış vərəqəsi”nin (icazə sənədinin) alınmasına dair yeni tələblər tətbiq edildikdən sonra sürücülər kütləvi şəkildə Bakı Beynəlxalq Avtovağzalına üz tutur. Onların sözlərinə görə, vərəqə almaq üçün səhərin açılmasından əvvəl sıralar formalaşır, gecədən növbəyə […]
Uşaqların sevdiyi bu şirniyyat dişləri korlayır
“Dişlər üçün ən zərərli şirniyyat növü çubuq üzərində olan lolipoplardır”. xeberde.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə diş həkimi Viktoriya Radko danışıb. Həkimin sözlərinə görə, bu cür konfetlər diş minasına ən çox zərər vurur, kariyesin yaranmasına səbəb olur və tez-tez qəbul edildikdə uşaqlarda dişlərin düzgün düzülüşünə (diş qapama formasına) də mənfi təsir göstərə bilər: “Lolipop uzun […]
“Xəstəxana 3 aydır əlil arabasında olan qardaşımı qəbul etmir”- Video
Əlil arabasında xəstəlikdən əziyyət çəkən 38 yaşlı İsmayıl Mirzəyev göndərişi olmasına baxmayaraq, Sabunçu Tibb Mərkəzinə qəbul edilmir. Bu barədə Xəzər TV-yə danışan xəstənin bacısı Səbinə Mirzəyevanın sözlərinə görə, qardaşının sinirləri virus səbəbindən iflic olub. O qeyd edib ki, hər şey 3 ay öncə qəfildən başlayıb: “Yolda yıxıldı. Xəstəxananın nevrologiya şöbəsində tetraparez polineyropatiya diaqnozu qoyuldu. Ancaq bu, infeksion polineyropatiya deyil, xronikidir. Sağ […]










