Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə bərpa prosesinə başlayıb. xeberde.az xəbər verir ki, o, reabilitasiya mərkəzinə yerləşdirilib. Qeyd edək ki, bir neçə gün əvvəl aparıcının ağır vəziyyətdə olduğuna dair məlumatlar yayılıb.
Cəmiyyət
“Yenə də sol zolaq zəbt olunmuş vəziyyətdə qalır”
Aparıcı İlkin Həsəni Bakının Afiyəddin Cəlilov küçəsində avtomobili düzgün yerdə park etməyən sürücülərin nəqliyyat vasitələrini sosial şəbəkədə paylaşıb. xeberde.az xəbər verir ki, o, yolun zolağını zəbt edərək sürücülərə maneə yaradan görüntünü instaqram səhifəsində bölüşərək bunları yazıb: “Afiyəddin Cəlilov küçəsində yenə də sol zolaq zəbt olunmuş vəziyyətdə qalır”. Qeyd edək ki, İlkin daha əvvəl də həmin zolağı zəbt […]
Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı – SİYAHI
Orta məktəblərdə tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qeyd edilib ki, vətəndaşlar həmin məntəqələrdən, eləcə də Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən istənilən […]
Fiziki zorakılığa məruz qalan azyaşlı ilə bağlı ekspertiza təyin edildi
Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır. Bu barədə xeberde.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib. Qeyd olunub ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib: “Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri […]
Əsir düşməmək üçün təyyarəni düşmən səngərinə çırpan QƏHRƏMAN
Bu gün Vətən Müharibəsi Qəhrəmanı – şəhid polkovnik Zaur Nudirəliyevin doğum günüdür! xeberde.az-ın məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, usta dərəcəli pilot Zaur İsmayıl oğlu Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-2000-ci illərdə isə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıb. […]
Şüvəlan çimərliyi müzakirələrə yol açdı: “Zamanlamada müəyyən problem yaranıb”
Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yeni ictimai çimərlikləri istifadəyə verib. Lakin sosial şəbəkələrdə bu addım müzakirələrə səbəb olub. İstirahət mövsümünün bitməsinə sayılı günlər qalmış çimərliklərin istifadəyə verilməsi nə dərəcədə məqsədəuyğundur? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sosial şəbəkələrdə bu çimərliklərin məhz yay fəslinin son ayında istifadəyə verilməsi […]
Ermənistan işğal altındakı ərazilərə bir milyondan çox mina basdırmışdı.
Ermənistanın Azərbaycana qarşı mina terroru hələ də davam edir. İşğaldan azad olunmuş ərazilərimizdə ötən 8 gün ərzində 4 mina hadisəsi qeydə alınıb. Bu, işğalçının 30 ildən artıq müddətdə həyata keçirdiyi mina siyasətinin hələ də davam etdiyini göstərir. İşğal dövründə Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını sistemli şəkildə minalarla çirkləndirib. Hazırda da bu minalar vətəndaşlarımızın həyatına son […]
Etnik təmizləmə aparıldı, Xocalı soyqırımı baş verdi, günahsız insanlar öldürüldü.
Azərbaycan tarixində Qarabağ münaqişəsi xalqımız üçün həm böyük faciələr, həm də möhtəşəm qələbələrlə yadda qalmışdır. Birinci Qarabağ müharibəsi ölkəmizin ən ağır dövrlərindən biri olmuş, yüz minlərlə soydaşımız öz yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə insan ağır məhrumiyyətlərə məruz qalmış, yüzlərlə şəhər və kənd yerlə-yeksan edilmişdir. Xüsusilə Xocalı soyqırımı […]
Qəhrəman ata – şəhid mayor Emin Süleymanovun adını layiqincə ucaldan övladları Bəhmən və Emilya – Fotolar
Mən, Süleymanzadə Bəhmən Emin oğlu, şəhid mayor Emin Süleymanovun oğluyam. Atam Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda polis ailəsində anadan olmuşdur. 1983–1992-ci illərdə orta təhsilini rus bölməsində almış, daha sonra 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali […]
Müsəlman dünyası ilə dialoq genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsihdə ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi səylərini açıqlayıb. Prezident bəyan edib ki, dövlətimizin daxili siyasətində ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. […]










