Bölgə Gündəm İdman manset

III MDB Oyunlarının açılış mərasimi: Prezident və xanımı iştirak etdilər – VİDEO

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. xeberde.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər. Əvvəlcə Azərbaycan […]

Bölgə Gündəm

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib. xeberde.az-ın xəbərinə görə, dövlətimizin başçısına stadion barədə məlumat verilib. Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki […]

Bölgə Hadisə

Astarada 60-dan çox ev su altında qaldı: Xilasedicilər cəlb olundu – VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində leysan yağışları güclü subasmaya səbəb olub. Qəsəbə sakinlərinin xeberde.az-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 60-dan çox ev su altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qrupları cəlb olunub. Ərazidə təxliyə işləri aparılıb, 30-dan çox sakin təhlükəsiz əraziyə köçürülüb.

Bölgə Gündəm

Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. xeberde.az xəbər verir ki, əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev […]

Bölgə Gündəm manset

İlham Əliyev Yevlaxda… FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii […]

Bölgə Gündəm manset

Gəncə faciəsinin kiçik şahidi Prezidentlə birlikdə – FOTO

Gəncə Memorial Kompleksində keçirilən tədbirdə Prezidentə 7 yaşlı Nilay Əliyeva yoldaşlıq edib. xeberde.az xəbər verir ki, Nilay 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və nənəsini itirib. Azərbaycan xalqının yaddaşına qanla yazılan bu faciənin kiçik şahidi bu gün ölkə başçısının yanında idi – bu, həm şəhid ailələrinə verilən dəyərin, həm də Azərbaycan dövlətinin […]

Bölgə Hadisə

Lənkəranda çay evində dönər yeyən HƏBS OLUNDU

Lənkəranda çay evində dönər yeyən şəxs həbs olunub. xeberde.az-ın məlumatına görə, hadisə şəhərin Qala Xiyabanı adlanan ərazisində “042” çay evində baş verib. Burada müştəri qismində əyləşən 43 yaşlı Sadiq Əmirov (ad və soyad şərtidir) dönər yeyib. Dönərin iyi digər müştəriləri narahat etdiyi üçün çayxananı işlədən şəxs Sadiqdən bayıra çıxmasını və dönəri çöldə yeməsini istəyib. Bu zaman […]

Bölgə Mədəniyyət

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi – FOTO

Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Bu barədə xeberde.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub. […]