Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb. xeberde.az xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən […]
Bölgə
Ramiz Məlikov dəfn edilib
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov (Ramiz Duyğun) dəfn edilib. xeberde.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər. Mərasimdə fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. Ramiz Məlikov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, o, bu gün səhər saatlarında 87 yaşında vəfat edib.
Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 28-də keçirəcəyi hərraca 1 faydalı qazıntı yatağı çıxaracaq. Bu barədə xeberde.az-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu, Ağsu rayonundakı “Qasımbəyli” qum-çınqıl yatağıdır. Başlanğıc qiyməti 58 000 manat olan yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 21 avqust 2025-ci il saat 18:00-a qədər […]
Gəncədə 43 yaşlı qadın bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. xeberde.az-ın məlumatına görə, şəhər sakinin 1982-ci il təvəllüdlü A. İbrahimova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib. Hadisənin hansı şəraitdə baş veridiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. xeberde.az xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.
Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. xeberde.az-ın məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi
Şəmkirdə dəhşətli cinayət hadisəsi baş verib. 24 yaşlı şəxs 9 və 10 yaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Ailəsi uşaqlarını həmin şəxsə baxması üçün əmanət edibmiş. xeberde.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Qafar (ad şərtidir) qonşuları olan iki azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Həmin […]
Azərbaycanda 14 yaşlı qız hamilədir
Azərbaycanda 14 yaşlı qız hamilədir. xeberde.az xəbər verir ki, hadisə Kürdəmir rayonunda baş verib. Bu haqda məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Rövşanə ilə gündəm” verilişində deyib. O bildirib ki, anası yüngül həyat tərzi keçirən 14 yaşlı qızın övladını dünyaya gətirməsinə sayılı günlər qalıb. Kəmalə Ağazadə həmçinin qeyd edib ki, 14 yaşlı qız məktəbə getməyib […]
Culfada 21 yaşlı hamilənin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında istintaqı aparılmış cinayət işinin istintaqı tamamlanıb. xeberde.az xəbər verir ki, istintaqla Culfa rayon sakini 01.07.2004-cü il təvəllüdlü Allahverdiyeva Gülcan İlham qızının ölümünə səbəb Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin […]
Bu rayonda da ehsan verilməyəcək
Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, yas mərasimində dəbdəbəli yemək süfrəsi ləğv olunub və təkcə çay süfrəsi açılmalıdır. Qeyd edək ki, buna oxşar qayda bir neçə gün əvvəl Saatlı rayonunda tətbiq olunub.










