Bölgə

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq. İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi […]

Bölgə Təhsil

Cəlilabadda bu yararsız məktəb təmir ediləcək – RƏSMİ AÇIQLAMA

Cəlilabad rayonunun E.Yusubov adına Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb. xeberde.az məsələ ilə əlaqədar olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, idarə məktəbin mövcud vəziyyətindən xəbərdardır. Regional Təhsil İdarəsindən verilən məlumata görə, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb növbəti il yeni […]

Bölgə manset

Kəlbəcərin azadlığa qovuşduğu GÜNDÜR

Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını […]

Bölgə

Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı – FOTO

Xəzər dənizinin Lənkəran sahillərinin geri çəkilməsi nəticəsində geniş meşə zolağı üzə çıxıb. xeberde.az xəbər verir ki, maraqlı fakt Lənkəranın Kənarmeşə kəndində qeydə alınıb. Bildirilir ki, meşəlik ərazidə əsasən palıd ağacları olub. Hazırda isə dəniz suyunun geri çəkilməsi nəticəsində meşə zolağı görünməyə başlayıb. Palıd ağaclarının kötükləri və qurumuş budaqları da aşkarlanır. Bəzi ağacların gövdələrinin diametri 3-4 […]

Bölgə Gündəm Secme Xeberler Sənaye və energetika

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını cəhənnəmə çevirib. xeberde.az-a müraciət edən sakinlər deyirlər ki, zavod dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və illərdir həmin evlərdə rahat yaşamaq mümkün deyil. Onların sözlərinə görə, müəssisə səhər saat 9-dan axşam 11-ə qədər fasiləsiz işləyir, köhnə avadanlıqların […]

Bölgə manset

Cəlilabad rayonunda Qarazəncir kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Qarazəncir kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə hüquq-mühafizə orqanları, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər […]

Bölgə Hadisə

Qazaxda mina partladı – ANAMA-nın əməkdaşı yaralandı

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq […]

Bölgə Kriminal manset

Gədəbəydə 37 yaşlı kişi öldürüldü- Atası tutuldu

Gədəbəy rayonunda qətl törədilib. Noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb. Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Bölgə Cəmiyyət

Cəlilabad rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində görülən işlər davam etdirilir. Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılmış, həmçinin boş qalmış sahələr dəqiqləşdirilmişdir. Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin […]

Bölgə Cəmiyyət Gündəm

Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi- Arpanı alıb, pulunu vermir

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib. xeberde.az xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini […]