Bölgə Hadisə

Sabirabadda qadınların ƏR DAVASI: biri nazirliyin katibəsidir

Sabirabadda qadın sevgilisinin arvadına hücum edib. xeberde.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib. Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin […]

Bölgə Hadisə

Tovuzda ögey ata 14 yaşlı qızına toy edib

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. […]

Bölgə Hadisə Kriminal manset

Bu kəndlərə günlərdir canavarlar hücum edir – Sakinlər təhlükədə

Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. xeberde.az xəbər verir ki, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükəni daha da artırır. Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd […]

Bölgə

Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi

Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub. xeberde.az-ın məlumata görə, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, başçının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, 59 yaşlı M.Nuriyeva 2002-ci ildən bu vəzifədə idi. Əmək fəaliyyətinə […]

Bölgə Gündəm Kriminal manset

DTX həbs olunan icra başçısının görüntülərini YAYDI

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda […]

Bölgə Kriminal

Naxçıvanda işə düzəltmək adı ilə pul ələ keçirən şəxs saxlanıldı

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb. Aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat […]

Bölgə İqtisadiyyat

Qarabağın tikintisinə iki qonşu dövlətin büdcəsindən çox pul xərclənib

Azad edilmiş torpaqlarda məskunlaşanların sayı 62 mini ötüb Dekabrın 1-də Laçının işğaldan azad edilməsinin növbəti ildönümü idi. Düz 5 il öncə bu tarixi şəhərimiz bir güllə atılmadan belə Azərbaycanın bir daha nəzarətinə keçdi.  Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə […]

Bölgə İqtisadiyyat manset

İlham Əliyev bu rayonla bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət […]

Bölgə Kriminal manset

Binanın damında 15 yaşlı qıza əxlaqsızlıq edən gəncə – 2 il həbs!

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. xeberde.az əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə […]

Bölgə

Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. xeberde.az xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür. Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.