Şəmkir rayonunda sürücü ağır xəsarət alıb. Dəllər-Cırdaxan kənd sakini, 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi “KAMAZ” markalı yük avtomobilinin şinini dəyişərkən anidən təkər partlayıb. Nəticədə 24 yaşlı sürücü üz və göz nahiyəsindən ağır xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam edir.
Bölgə
“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir…” – Video
Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib. xeberde.az xəbər verir ki, Baku TV hadisənin təfərrüatını öyrənib. Mərhumun qohumu Tahir Tanrıquliyevin sözlərinə görə, bu, ailədə 5-ci ölümdür: “Bu evdən son bir ildə 5-ci ölüdür, hamısı da təsadüfən ayın 8-i baş verib. Deyilənə görə, nərdivanı qoyub pəncərələri […]
Bu market yararsız məhsullar SATIRMIŞ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin […]
Tələbələrin köçürülməsi BAŞLAYIR
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək […]
Əsgər yanına gedən ailənin yaşadığı faciə- 3 nəfərin öldüyü hadisənin səbəbi bu imiş
Göygöldə üç nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Dəhşətli qəzanın baş vermə səbəbi məlum olub. Sürücünün siqaret yandırmaq üçün etdiyi ani diqqətsizlik faciə ilə nəticələnib. xeberde.az xəbər verir ki, qəza hadisəsi 2024-cü ilin avqust ayında Göygöl rayonu ərazisində baş verib. Şəmkir rayon sakinləri Hadrutdan əsgər ziyarətindən qayıdan zaman qəzaya düşüblər. Qəza zamanı maşında […]
Bu ərazi 2 gün qazsız qalacaq
Sabahdan başlayaraq Gəncə şəhərinin bəzi ərazilərinin təbii qazla təchizatında iki gün fasilə yaranacaq. Bu barədə xeberde.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-dən saat 09:00-dan etibarən (iki gün müddətində) […]
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib
2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilmişdir. Azərbaycan bununla üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatınının Zirvə görüşünə (ECO) ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü isə 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə […]
Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var
Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 […]
Beş kollecin direktoru işdən çıxarıldı
Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, […]
Bu istiqamət üzrə növbəti avtobus reysi açılacaq
İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. xeberde.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da […]










