Qusarda itkin düşən şəxsin meyiti tapılıb. xeberde.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.
Bölgə
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü
Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə xeberde.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi […]
İsmayıllıda zəlzələ olub
Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 3 maqnitudalı yeraltı təkan yerli vaxtla saat 14:12-də, 5 km dərinlikdə.
Gəncədə qazi intihara cəhd etdi
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib. xeberde.az xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb. Goranboy rayonun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü E.Nəsirov ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara […]
Azərbaycanda satılan bu yağlarda bakteriya aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Ticarət ASC-yə məxsus bazarda yoxlama keçirib. AQTA-dan xeberde.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq – Stafilokok bakteriyası […]
AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Bunu xeberde.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. “Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol […]
Şamaxıda torpaq sürüşməsi olub, yol çöküb – FOTO
Şamaxı rayonunda torpaq sürüşməsi olub. xeberde.az xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun […]
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İş yerləri – 3000 AZN maaş
İşğaldan azad edilən ərazilər üzrə müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur. xeberde.az-ın məlumatına görə, hazırda Qarabağ və Şərqi Zəngəzur üzrə müxtəlif vakansiyalar mövcuddur. Vakansiyalar işğaldan azad edilən rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir. Qeyd edək ki, tqədim etdiyimiz vakansiyalar üzrə əmək haqqı 700-3000 AZN arasında dəyişir. Qarabağda işləmək istəyən şəxslər […]
Gəncədə məktəblilər arasında dava – Şagird kəllə-beyin travması aldı
Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb. Bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib. Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub. Hazırda müvafiq […]
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi
Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xeberde.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır. Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. […]










