26 avqust – Laçın şəhəri günü tarixi ədalətin təntənəsi, Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təcəssümüdür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. Erməni işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Belə bir məkanın erməni qəsbkarlarının əlinə keçməsi tariximizin qara səhifələrindəndir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmişdir. Suriyadan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə Laçın rayonu ərazisində məskunlaşdırılmışdır. Bu cinayətkar əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilmiş və bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Hazırda bu gözəl və füsunkar məkan sürətlə bərpa olunur. Bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub.
Çünki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik gücü hər kəsə məlumdur. İnanırıq ki, Möhtərəm Prezidentimizin bütün sahələrdə olduğu kimi Şərqi Zəngəzur və Qarabağın abadlığa çevrilməsi öz təsdiqini tapacaqdır. Bu yolda Möhtrərəm Prezidentimizi dəstəkləyir və demək istəyirik ki, həmişə onunla birlikdəyik.
Arif Abdullayev,
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası




