Cəmiyyət

Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətləri

    Avropa ölkələri ilə sıx münasibətlər Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də  Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Slovakiya Prezidenti Peter Pelleqrininin iyulun 14-də ölkəmizə rəsmi səfərini də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndiririk. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib.

    Öncə qeyd edək ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradır.

     Slovakiya Prezidentinin birgə mətbuat konfransında vurğuladığı kimi,”biz Slovakiyada qəti şəkildə inanırıq ki, müdafiə imkanlarının gücləndirilməsi, cari münaqişələrin qarşısının alınmasına maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, Avropa liderləri danışıqlar masası arxasında diplomatik həll variantlarının tapılmasına daha çox vaxt ayırmalıdırlar ki, biz müharibəni öz qitəmizdən mümkün qədər tez çıxaraq və bütün regionların rifaha layiq inkişafına yenidən diqqət göstərək..

    Səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Əminik ki, bu səfər iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir.

                                                                          Aydın Hüseynov,

                                                                  Siyasi şərhçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir