Cəmiyyət

Həm sözdə, həm də işdə səmimi münasibətlər

 Azərbaycan-Ukrayna münasibətlərin fəlsəfəsi təkcə sözlərlə deyil, həm də praktikada özünü göstərir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev Ukraynanın rəsmi nümayəndələri ilə görüşlərində bu münasibətləri belə xarakterizə edib ki, biz Ukrayna ilə yalnız siyasi əlaqələr deyil, həm də iqtisadi, enerji, infrastruktur və müdafiə sənayesi sahələrində real əməkdaşlıq nümunələri yaradırıq. Bu əlaqə hər iki tərəf üçün faydalıdır və regional sabitliyə xidmət edir. Bu fikir iki dövlət arasında yalnız rəsmi əlaqələrin deyil, strateji əməkdaşlığın dərinliyi və məzmununu ifadə edir.

           Azərbaycan və Ukrayna xalqları arasında əlaqələrin ilkin təməlləri hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu mərhələdə iqtisadi və mədəni əlaqələr əsasən mərkəzləşdirilmiş idarəetmə çərçivəsində qurulsa da, xalqlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq müəyyən səviyyədə inkişaf etmişdi. 1991-ci ildə SSRİ-nin dağılması ilə hər iki ölkə müstəqillik əldə etdi və yeni geosiyasi şəraitdə münasibətlərini müstəqil şəkildə qurmağa başladı. 1992-ci ildə diplomatik əlaqələrin rəsmi şəkildə təsis olunması bu münasibətlərin başlanğıc nöqtəsi hesab olunur.    

           Bu səfər zamanı 6 sənəd imzalanıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatında göstərildiyi kimi, heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün Ukrayna ekspertləri Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir.

    Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında ölkələrimiz arasında bu əlaqələr daha da artmalıdır. Eyni zamanda, sülh sahəsində səylər də müzakirə edilib. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Prezident İlham Əliyev bunu da vurğulayıb ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

                                                                                           Xəlil  Məmmədov,

                                    YAP Cəlilabad RT, Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir