Ukrayna ilə münasibətlər isə son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rəsmi səfərlər, imzalanan sənədlər və ardıcıl icra olunan layihələr göstərir ki, tərəflər əməkdaşlığı yalnız diplomatik protokolla məhdudlaşdırmır; o, enerji təhlükəsizliyi, infrastruktur, müdafiə sənayesi və humanitar müstəvilərdə sistemli şəkildə genişlənir. Prezident Volodimir Zelenskinin Bakıya səfəri çərçivəsində səslənən fikirlər yalnız konseptual cəhətləri ifadə etdi; onlar həm də konkret real əməkdaşlıq formatlarının təzahürüdür. Bu formatlardan biri uzun illərdir inkişaf edən münasibətlərdir.
Bu yaxınlaşmanın arxasında yalnız geosiyasi mövqelərin üst üstə düşməsi dayanmayıb. Əsas amillərdən biri də Prezident İlham Əliyev ilə Volodimir Zelenski arasında formalaşmış səmimi və etibara söykənən şəxsi münasibətlərdir. Liderlər səviyyəsində qurulan bu dialoq siyasi gündəliyə əlavə dinamika gətirir, qərarların operativ və praqmatik ruhda qəbuluna şərait yaradır. Müntəzəm təmaslar, təşəbbüslərə açıq dəstək və regional sabitliyə ortaq baxış Bakı ilə Kiyev arasında strateji tərəfdaşlıq modelini möhkəmləndirir.
Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir. Ölkəmiz ötən illər ərzində müharibədən əziyyət çəkən Ukrayna xalqına müxtəlif istiqamətlərdə humanitar yardımlar göstərib. Bu yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatların göndərilməsi, kritik vaxtda təcilli yardım maşınlara yanacaq yardımın edilməsi yəni, özü də çətinliklərdən keçmiş bir ölkə olaraq Azərbaycan kritik vəziyyətdə olan bir xalqa real və praktiki dəstək nümayiş etdirib.
Bununla yanaşı, ukraynalı uşaqların və tələbələrin reabilitasiyası məqsədilə onların mütəmadi olaraq Azərbaycana gətirilməsi, psixoloji və sosial dəstək proqramlarına cəlb olunması da diqqətəlayiqdir. Bu, təkcə maddi deyil, eyni zamanda mənəvi həmrəyliyin də göstəricisidir. Ukrayna xalqı bunu dəyərincə qiymətləndirir. Ukraynanın dövlət başçısı öz bəyanatında deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.
Əlizamin Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Sərhədabad kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəsi




