İranın Cənubi Həmədan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib. xeberde.az xəbər verir ki, zəlzələnin episentri Firuzabad rayonunda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Author: Xeberal.az
Bakının bu ərazilərində qaz KƏSİLƏCƏK
Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir […]
İlham Əliyevdən MDB oyunları ilə bağlı PAYLAŞIM
Azərbaycanın Prezidenti İlham Əliyev sosial media hesablarında III MDB Oyunlarının açılış mərasimindən paylaşım edib. xeberde.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşündən fotolar yer alıb. Paylaşımı təqdim edirik:
ABŞ-da kilsə yandırıldı
ABŞ-ın Miçiqan ştatının Qrand Blank şəhərindəki Mormon kilsəsində atışma baş verib. xeberde.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Atışmadan sonra kilsə binasında böyük yanğın başlayıb. Polis hücumçunun öldürüldüyünü bildirib. Hücumun motivi hələlik bəlli deyil.
Türkiyədə qalmaqallı həbs qərarı
Türkiyənin nüfuzlu şirkətlərindən hesab olunan “Can Holding”in İdarə Heyətinin sədri Kəmal Can məhkəmə qərarı ilə həbs edilib. xeberde az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, bundan əvvəl polis “Can Holding”in bir sıra rəhbərlərini və səhmdarlarını saxlayaraq ev və ofislərində axtarış aparıb. Onlara qarşı cinayətkar təşkilat yaratmaq, vergidən yayınma, dələduzluq və cinayət […]
Azərbaycana qarşı növbəti SAXTA KAMPANİYA
Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası başlayıb. xeberde.az xəbər verir ki, əsasən Feysbuk və “X” sosial şəbəkələrində İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin guya əl çaldığı haqda məlumat tirajlanır. Halbuki sözügedən görüntülər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı çəkilib. Xatırladaq ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasında […]
İdmançımız Avropada qızıl medal qazandı
Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan təmsilçisi Ruslan Lunev uğurlu çıxış edib. xeberde.az xəbər verir ki, o, 25 metr məsafəyə atəş üzrə yarışda birinci olub. Lunev ardıcıl və dəqiq atışlarla 574 xalla(14x) rəqiblərini qabaqlayıb.
III MDB Oyunlarının açılış mərasimi: Prezident və xanımı iştirak etdilər – VİDEO
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. xeberde.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər. Əvvəlcə Azərbaycan […]
“Sabah” – “Sumqayıt” oyununda işıqlar söndü
Misli Premyer Liqasının 6-cı turunda keçirilən “Sabah” – “Sumqayıt” oyunu zamanı stadionuəda işıqlar sönüb. xeberde.az xəbər verir ki, meydançanın projektorunda problem yaranıb. Bir neçə dəqiqə sonra problem aradan qaldırılıb.
Tesla sürücülərinə ŞAD XƏBƏR
Tesla nəhayət ki, “Full Self-Driving” (FSD) sürücüyə yardım sistemi üçün çoxdan gözlənilən v14 yeniləməsini istifadəçilərə təqdim etməyə hazırlaşır. xeberde.az xəbər verir ki, İlon Mask, yeni versiyanın demək olar ki, canlı kimi olduğunu deyib. Maskın açıqlamasına görə, FSD v14 yeniləməsi gələn həftə mövcud olacaq. “Versiya 14.0 gələn həftə geniş şəkildə buraxılacaq. Ardınca təxminən iki həftə ərzində 14.1 […]










