İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri, eks-xarici işlər naziri Əli Əkbər Vilayəti İran ilə ABŞ arasında İslamabadda aparılan danışıqlara münasibət bildirib. xeberde.az xəbər verir ki, Vilayəti X sosial şəbəkəsində yazıb: “İran diplomatiyasının tarixi – Ərzurum müqaviləsindən İslamabad danışıqlarına qədər – bir prinsipə əsaslanır: İranın qorunması”. “Hörmüz boğazının açarı bizim əlimizdədir”, – Vilayəti əlavə edib. Əli […]
Author: VUQAR FERZELIYEV
Eltisinin ölümünə səbəb olan həkim amnistiyaya düşdü
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın barəsində olan qərarla bağlı növbəti məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, onun barəsində çıxarılmış hökm dəyişdirilib və 3 il 9 ay müddətə […]
Azərbaycanla dəmir yolunu açacağıq – Paşinyan
Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur. xeberde.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyan sahibkarlarla görüşdə deyib. O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhlə əlaqələndirilir. Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə mühüm hadisələr gözləyirlər və bu da əsasən TRIPP layihəsinin başlanması ilə bağlıdır. O vurğulayıb ki, TRIPP nəticədə […]
Azərbaycan Prezidentlərinin MƏTBUAT KATİBLƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni mətbuat katibi təyin edilib. Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib. Qeyd edək ki, Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilmişdi. […]
TƏBİB-ə yeni mətbuat katibi təyin olundu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni mətbuat katibi təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə jurnalist Elnur Niftəliyev öz Facebook hesabında paylaşım edib. O bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub. Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova […]
Başımıza daş salan yaltaqlıq!
Yaltaqlıq cəmiyyətin inkişafına mane olan ən təhlükəli sosial problemlərdən biridir. Bu hal ilk baxışda fərdi davranış kimi görünsə də, əslində bütöv bir idarəetmə və ictimai münasibətlər sistemini zədələyən dərin köklü bir bəladır. Yaltaqlıq olan yerdə həqiqət susdurulur, obyektivlik arxa plana keçir, ədalət isə formal xarakter daşıyır. İnsanlar doğru bildiklərini demək əvəzinə, vəzifə sahiblərinin xoşuna gələcək […]
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edək ki, 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və […]
Hacıqabul sakini itkin düşdü
Hacıqabul sakini itkin düşüb. xeberde.az xəbər verir ki, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində […]
Baş nazir Əli Əsədov qərar imzaladı
“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, […]
Güclü külək əsəcək – XƏBƏRDARLIQ
Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, […]










