Gündəm Hadisə

Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır. Məlumata əsasən, İnternational Supply And Constructıon Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb. Bu il yaranan sözügedən borclarla bağlı dəfələrlə Dövlət Vergi Xidməti Bakı şəhəri […]

Dünya

Kraliça Nazlının milyonlarla dollarlıq boyunbağısı OĞURLANDI

Avstriyanın paytaxtı Vyanada muzeydə nümayiş etdirilən Misir Kraliçası Nazlıya məxsus tarixi almaz boyunbağı oğurlanıb. İki şübhəli ziyarətçi qiyafəsində muzeyə daxil olaraq eksponatın yerləşdirildiyi vitrini çəkiclə sındırıb və qiymətli zinət əşyasını götürərək hadisə yerindən qaçıb. xeberde.az  xəbər verir ki, oğurlanan boyunbağının üzərində 600-dən çox almaz olduğu və milyonlarla dollar dəyərində qiymətləndirildiyi bildirilir. Hadisə Vyanadakı Tətbiqi Sənətlər […]

Bölgə Hadisə

Gəlininin məzarına su götürmək istəyərkən – Kanalda boğuldu

Tərtər rayonunda kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovun ölümünün təfərrüatı məlum olub. xeberde.az bildirir ki, Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb. Yaxınlarının sözlərinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edirmiş. Bildirilib ki, o, hadisə günü də məzarlığa gedib […]

Cəmiyyət

“Gənclər 500 manat maaşla necə yaşasınlar?” – VİDEO

“Bizim dövrümüzdə təyinatlar var idi. Universiteti bitirən kimi bizi harasa göndərirdilər. Bir neçə il həmin yerdə çalışandan sonra rəhbərlik onlara ev verirdi. İstər oğlan olsun, istərsə də qız, artıq öz məhəbbətini tapa bilirdi, ailə qururdu. Ona görə də bu təyinatlar çox vacib idi. Amma təəssüf ki, indi bu yoxdur. İndi göndərsələr də, 400-500 manat maaş […]

Kriminal

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramin Rəcəbovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. xeberde.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib. Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilərək, 11 sentyabr […]

Dünya

Geyimləri ilə gündəmə gələn Fidan müəllim saxlanıldı

Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ankara Baş Prokurorluğu Atalayın “fidannatalay” adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsiz məzmun” cinayəti çərçivəsində qiymətləndirilib və bu ittihama əsasən saxlanılması barədə qərar qəbul edib. Qeyd edək ki, […]

Cəmiyyət Gündəm

Bakı-Naxçıvan aviareysləri bu səbəbdən təxirə salınıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu günə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. xeberde.az AZAL-a istinadən xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaq. “Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, eləcə də dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına […]

Araşdırma

Ağcaqanad sancanda niyə bəzilərində daha böyük şiş yaranır?

Ağcaqanad sancmalarına insanların reaksiyası eyni olmur. Bəzilərində sadəcə kiçik qırmızı ləkə yaranarkən, digərlərində böyük, qaşınan və şişkin sahələr meydana gələ bilər. xeberde.az xəbər verir ki, bunun əsas səbəblərindən biri ağcaqanadın sancma zamanı dərinin altına buraxdığı tüpürcəkdir. Tüpürcəyin tərkibində olan zülallar immun sisteminin reaksiyasını aktivləşdirir və nəticədə histamin ifraz olunur. Bu isə qızartı, qaşınma və şişkinliyə […]

Bölgə

Gəncədə ürək əməliyyatı olunan qadın öldü

Gəncədə özəl xəstəxanaların birində əməliyyat olunan qadın bir müddət sonra ölüb. xeberde.az xəbər verir ki, Tərtər rayon sakini 1958-ci il təvəllüdlü Kəmalə Qasımova əməliyyatdan sonra evə aparılıb. Bir müddət sonra ürək əməliyyatı olunan qadının səhhəti ağırlaşıb və o, yenidən özəl xəstəxanaya gətirilib, lakin bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb.  Mərhumun meyiti müayinə olunmaq […]