İdman

Azərbaycan milli komandasının məşqçisi vəfat edib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 67 yaşlı “Əməkdar məşqçi” bu gün dünyasını dəyişib. Mərhum dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb. 2008-ci ildən əvvəlcə sərbəst güləş, daha […]

Bölgə Kriminal

Gədəbəy sakini atasını belə öldürübmüş – 34 illik SİRR AÇILDI

Gədəbəy Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə xeberde.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib.  Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan […]

Cəmiyyət Gündəm

Bakıda bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır. xeberde.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan […]

Bölgə

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb – YENİLƏNİB

Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb. xeberde.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib. *** Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. xeberde.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 362 nəfər (117 ailə) köçürülüb. Doğma yurda qayıdan sakinlər […]

Siyasət

Mehriban Əliyeva Bişkekdə sərgi ilə tanış olub

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. xeberde.az xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı […]

Hadisə

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. xeberde.az xəbər verir ki, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir. R.Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. 100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, turpaketlər, xarici və […]

İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

31 avqust 2026Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova […]

Dünya

ABŞ bu ölkənin neftinə göz dikdi

ABŞ Venesuelanın neft sərvətlərinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirəcək. xeberde.az xəbər verir ki, bununla bağlı “Bloomberg” məlumat yayıb. Nəşr yazır ki, ABŞ misli görünməmiş bir addım nəticəsində Venesuelanın nəhəng neft sərvətlərinin əhəmiyyətli hissəsində nəzarət səhm paketini əldə etməyi planlaşdırır. Rəsmilərin sözlərinə görə, bu addım ehtiyatlarına görə dünyanın ikinci ən böyük özəl neft şirkətinin yaranmasına və ABŞ-ın […]

Dünya Siyasət

Rusiya NATO ilə qarşı-qarşıya: 6 mümkün ssenari

Qərb hökumətləri uzun müddətdir Rusiya ilə NATO arasında hərbi toqquşma ehtimalı barədə xəbərdarlıq edir. Bununla belə, kəşfiyyat xidmətləri hesab edir ki, Moskva hazırda NATO ilə birbaşa münaqişədə maraqlı deyil. Lakin Rusiya gərginliyin tədricən artmasına səbəb ola biləcək hibrid əməliyyatlara və təxribatlara əl ata bilər. xeberde.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri Rusiya ilə NATO […]

Kriminal manset

Bu oyunları oynadı, 3 min manat cərimələndi

Qəbələ rayonunda onlayn qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb olunub. 2000-ci il təvəllüdlü Sərvər Əsədov (ad-soyad şərtidir – red.) Qəbələ rayonu ərazisində olarkən mobil telefon vasitəsi ilə “Pin up” və “Mostbet” qumar saytlarına giriş edib, kart hesabından həmin qumar saytlarına üç dəfəyə – 11.49, 16.49, 16 manat məbləğlərində pul depoziti edib. Bu hərəkətləri […]