Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. xeberde.az-ın məlumatına görə, komitə sədri Səməd Seyidovun təqdimatından, digər deputatların çıxışlarından sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Author: VUQAR FERZELIYEV
DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək
Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrin siyahısı genişləndiriləcək. xeberde.az bildirir ki, bu barədə Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən […]
Bu rayonlarda ehsan LƏĞV EDİLDİ
Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb. Son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu. Bu problemin […]
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur. xeberde.az-ın məlumatına görə, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bu barədə müzakirələr aparılıb. “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Elvin Quliyevin meyiti TAPILDI
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin […]
SON DƏQİQƏ: Baş nazir QƏRAR İMZALADI
Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 321,0 […]
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri BU TARİXDƏ fəaliyyət göstərməyəcək
Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
5–7 iyun 2026-cı il tarixində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti Latviyanın Riqa şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35-ci İllik Toplantısı və Biznes Forumunda iştirak edib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu, Qrupun Baş Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Könül Kərimova və Qrupun Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev iştirak ediblər. “Qeyri-sabitlikdən çevikliyə – dəyişən dünyada innovativ iqtisadiyyatlar” mövzusuna […]
Abituriyentlərin nəzərinə: gələcəyin ən perspektivli ixtisasları açıqlandı
Ali təhsil müəssisələrinə qəbul dövrü yaxınlaşdıqca abituriyentlərin hansı ixtisaslara üstünlük verəcəyi yenidən gündəmə gəlir. Son illərdə bəzi istiqamətlərə, xüsusilə IT, iqtisadiyyat, hüquq sagələrinə marağın artdığı müşahidə olunsa da, əmək bazarının ehtiyacları ilə abituriyent seçimləri arasında uyğunluğun nə dərəcədə təmin olunduğu müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, ixtisas qrupları üzrə bu il hansı ixtisaslara daha çox maraq gözlənilir […]
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə getmək istəyənlərin sayı getdikcə azalır. xeberde.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib. Analitiklər “Veçnıye İstorii” nəşrinin məlumatına istinad edərək qeyd ediblər ki, 2026-cı ilin birinci rübündə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra birdəfəlik bonus alan şəxslərin sayı 71 min 200 […]










