Şou-Biznes

Verilişi bağlandığı deyilən Tolik efirdə

Ötən gün “Space”nin efirində yayımlanan Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişi bu gün həmişəki vaxtında yayımlanıb. xeberde.az xəbər verir ki, efirdə qonaqları salamlayan Tolik qonaqları təqdim edib. Bəziləri verilişin bugünkü buraxılışının canlı yayımlanmadığını, əvvəlcədən lentə alındığını bildiriblər. Qeyd edək ki, Tarix Əliyev ötən axşam verilişinin bağlanması barədə yayılan xəbərlərə “sabah efirdə olacağam” cavabını vermişdi.

Dünya

Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib – Kosmonavtın qeydləri tükürpədicidir

Aleksey Arxipoviç Leonov vəfat etdikdən cəmi bir neçə gün sonra qohumları onun Şukinskaya küçəsindəki mənzilində “qalaktik ailə” anlayışını tamamilə dəyişdirən bir dəftər və səs yazısı tapıblar. “xeberde.az” bildirir ki, masanın gizli siyirməsində köhnə dəri cildli bir dəftər və üzərində yazısı olan kaset olub: “Ölümümdən 10 il sonra açın”. Qohumları vəsiyyət əməl etməyiblər. Titrək səslə yazılmış […]

Bölgə Cəmiyyət

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı – FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xeberde.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə […]

Gündəm Hadisə

Azərbaycanda qız tələbələr şantaj edilir? – Polisdən açıqlama

Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan qız tələbələrin şantaj edildiyi iddia olunur. xeberde.az xəbər verir ki, bu barədə sosial şəbəkələrədə məlumat yayılıb. Qeyd edilib ki, fotolar qızların TikTok profillərindən götürülərək əxlaqsız formada montajlanıb və sosial şəbəkələrdə paylaşılıb. “Kimin etdiyi məlum deyil. Həmin şəxsə fotoları silməsi üçün pul təklif etdik, lakin “mən pul üçün etməmişəm, özüm […]

manset Siyasət

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, […]

Bölgə Gündəm manset

Prezident Lənkərana GETDİ – Açılışda iştirak etdi

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. xeberde.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran […]

Bölgə Hadisə

Naxçıvanda ödəmə terminalı oğurlandı

Naxçıvanın Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalı oğurlanıb. Naxçıvan MR Daxili İşlər Nazirliyindən xeberde.az-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı […]

Bölgə Hadisə

Azərbaycanda kafedə partlayış: Ölən var

Ötən gün Yevlaxdakı kafedə baş verən partlayışda yaralanan şəxs vəfat edib. *** Yevlaxda kafedə partlayış olub. Hadisə Aran qəsəbəsində qeydə alınıb. Kafenin içərisində olan maye-qaz balon partlayıb. Nəticədə obyektin sahibi – 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.//Lent.az

manset Siyasət

Baş nazir qərar imzaladı

Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Qərarla bu halda Səfərbərlik və Hərbi Xidmətə […]

Cəmiyyət

Su sayğacları dəyişdirilir – RƏSMİ

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na görə Azərbaycanda 245 min su sayğacı dəyişdiriləcək. Belə ki, 2026−2030-cu illərdə 45 min yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın […]