Bölgə

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb. Son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu. Bu problemin […]

Gündəm

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur. xeberde.az-ın məlumatına görə, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bu barədə müzakirələr aparılıb. “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Hadisə

Elvin Quliyevin meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub. xeberde.az  xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin […]

Siyasət

SON DƏQİQƏ: Baş nazir QƏRAR İMZALADI

Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 321,0 […]

Cəmiyyət

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri BU TARİXDƏ fəaliyyət göstərməyəcək

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. xeberde.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Cəmiyyət Gündəm

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

5–7 iyun 2026-cı il tarixində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti Latviyanın Riqa şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35-ci İllik Toplantısı və Biznes Forumunda iştirak edib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu, Qrupun Baş Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Könül Kərimova və Qrupun Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev iştirak ediblər. “Qeyri-sabitlikdən çevikliyə – dəyişən dünyada innovativ iqtisadiyyatlar” mövzusuna […]

Təhsil

Abituriyentlərin nəzərinə: gələcəyin ən perspektivli ixtisasları açıqlandı

Ali təhsil müəssisələrinə qəbul dövrü yaxınlaşdıqca abituriyentlərin hansı ixtisaslara üstünlük verəcəyi yenidən gündəmə gəlir. Son illərdə bəzi istiqamətlərə, xüsusilə IT, iqtisadiyyat, hüquq sagələrinə marağın artdığı müşahidə olunsa da, əmək bazarının ehtiyacları ilə abituriyent seçimləri arasında uyğunluğun nə dərəcədə təmin olunduğu müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, ixtisas qrupları üzrə bu il hansı ixtisaslara daha çox maraq gözlənilir […]

Dünya Gündəm

Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb

Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə getmək istəyənlərin sayı getdikcə azalır. xeberde.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib. Analitiklər “Veçnıye İstorii” nəşrinin məlumatına istinad edərək qeyd ediblər ki, 2026-cı ilin birinci rübündə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra birdəfəlik bonus alan şəxslərin sayı 71 min 200 […]

Hadisə

19 yaşlı qadın ölü körpə doğdu

Yevlaxda ölü doğuş faktı baş verib. xeberde.az-ın məlumatına görə, iyunun 9-u saat 01 radələrində rayonun Kövər kənd sakini, 2006-cı il təvəllüdlü Səkinə Süleyman qızı Cəfərova hamiləliyi ilə bağlı xəstəxanaya müraciət edib. Doğuş prosesi zamanı dölün bətnində öldüyü müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

AKTUAL Cəmiyyət

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur – ŞOK RƏQƏMLƏR

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub. Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, […]