Hər bir xalqın tarixində onun taleyini dəyişdirən, dövlətçiliyini xilas edən və gələcək inkişaf yolunu müəyyən edən böyük şəxsiyyətlər olur. Bu şəxsiyyətlər ağır və mürəkkəb dövrlərdə öz qətiyyətləri, uzaqgörən siyasətləri və xalqına bağlılıqları ilə millətin xilaskarı rolunu oynayırlar. Azərbaycan xalqının tarixində belə mühüm və əvəzolunmaz rol Ümummilli Lider Heydər Əliyevyə məxsusdur. O, müxtəlif dövrlərdə ölkəyə rəhbərlik […]
Author: Xeberal.az
Şuşa Bəyannaməsinin əsas istiqamətləri
Azərbaycan və Türkiyə arasında münasibətlər çoxəsrlik ortaq tarixə, mədəni köklərə və eyni milli-mənəvi dəyərlərə əsaslanan strateji bir qardaşlıq modelidir. Bu münasibətlər zamanla yalnız emosional yaxınlıq səviyyəsində deyil, eyni zamanda dövlətlərarası sistemli əməkdaşlıq və institusional müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Xüsusilə müstəqillik dövründən sonra bu əlaqələr yeni mərhələyə keçərək regional və qlobal siyasətdə mühüm təsir gücünə malik strateji […]
Məzun oyunları
1986-1990-cı illərin bir statistikası var, kimə lazım olsa xırdalıqlarına qədər internetdə tapa bilər, orda keçmiş SSRİ-nin müttəfiq 15 respublikasının kitab çapı, kitab almaq, oxumaq barədə göstəriciləri verilibdir. Məsələn, SSRİ-də guya xalqın çoxlu kitab oxuduğu, savadlı olması barədə mif var, həmin statistikanın əsasən uydurma olduğunu biz rəsmi məlumat olmadan da bilirdik. Sovetlər adətən kimsənin oxumadığı, siyasi […]
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Bununla bağlı qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək. Bundan başqa, narkoloji xəstələr […]
TƏCİLİ: Azərbaycanda güclü zəlzələ oldu
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub. xeberde.az xəbər verir ki, yeraltı təkan bir neçə rayonda hiss edilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub. Qəbələ stansiyasından 11 km cənub-qərbdə […]
Bakıda 22 yaşlı narkokuryer tutuldu
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. xeberde.az xəbər verir ki, paytaxt ərazisində narkokuryerlikdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Onun üzərinə baxış zamanı təxminən 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən, C.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Yayda uşaqları sancan görünməz təhlükə – Bu əlamətlərə laqeyd qalmayın
Yay aylarında uşaqlar arasında həşərat sancmaları ilə bağlı şikayətlərdə ciddi artım müşahidə olunur. Valideynlər bir çox hallarda uşağın dərisində yaranan şişkinlik və qızartını sadə ağcaqanad dişləməsi kimi qiymətləndirir. Lakin bəzi vəziyyətlərdə bu əlamətlər daha ciddi həşərat sancmalarının – gənə və ya arı dişləmələrinin nəticəsi ola və hətta infeksion ağırlaşmalarla müşayiət oluna bilər. Nəticədə uşaqlarda uzunmüddətli […]
Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi – DOSYE
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin sözçüsü AzadlıqRadiosuna bildirib ki, 1 mart işi üzrə təqsirləndirilən keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına gəlməyib. xeberde.az bildirir ki, buna görə də hakim onun həbs olunmasına qərar verib. İkinci prezident Robert Köçəryan və onun keçmiş tabeliyində olanlar 2021-ci ildə Konstitusiya Məhkəməsi Köçəryana qarşı irəli sürülən konstitusiya quruluşunu devirmək […]
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. xeberde.az-ın məlumatına görə, komitə sədri Səməd Seyidovun təqdimatından, digər deputatların çıxışlarından sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək
Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrin siyahısı genişləndiriləcək. xeberde.az bildirir ki, bu barədə Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən […]










