Cəmiyyət

Sürücülərin nəzərinə – Bakının bu küçələri bağlanır

Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində sabah saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xeberde.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.  “Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, […]

MARAQLI

“WhatsApp”da bu işarə varsa, mesajları başqası oxuyur

“WhatsApp”ın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub. “WhatsApp” mesajlaşma təhlükəsizliyini artırmaq üçün “üçüncü mavi işarə” adlı yeni funksiyanı əlçatan etmişdi. Yeni funksiya mesajın üçüncü tərəf tərəfindən oxunduğunu ortaya qoyur. Bu yenilik xüsusilə mesajlar qrup çatlarında yönləndirildikdə və ya paylaşıldıqda istifadəçiyə əlavə nəzarət təklif edir. Mövcud “WhatsApp” sistemində tək boz işarə mesajın göndərildiyini, […]

Kriminal

Yardımlıda əməliyyat: SİLAHLI ŞƏXS SAXLANILDI

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb. Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan […]

Cəmiyyət

Hikmət Mirzəyevə ağır itki

Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib. xeberde.az xəbər verir ki, onun bacısı Rəna xanım Bakıda vəfat edib. Mərhumun Biləsuvarda dəfn ediləcəyi bildirilir. Allah rəhmət eləsin!

İdman

Musa Qurbanlının sabiq komandası Konfrans Liqasında yarımfinala yüksəldi

Avropanın nüfuzuna görə ən zəif klub turniri sayılan Konfrans Liqasında bu gün yarımfinalçılar məlum olub. xeberde.az xəbər verir ki, “Fiorentina” və “Betis” adlarını yarımfinala yazdıran ilk komandalar olub. Gecə saatlarında isə vaxtilə azərbaycanlı futbolçu Musa Qurbanlının formasını geyindiyi İsveçin “Yurqorden” klubu tarixi uğura imza atıb. Skandinaviyalılar səfərdə böyükhesablı qələbə sayəsində yarımfinala yüksəliblər. Yeri gəlmişkən, M.Qurbanlı […]

AKTUAL Cəmiyyət Sosial

Kürdəxanıda leysan kabusu: Sakinlər iki gündür evlərində əsir qalıblar

Bakının Kürdəxanı qəsəbəsi aprelin 16-da gecə saatlarından yağan leysandan sonra su altında qalıb. xeberde.az xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər. Onların sözlərinə görə, artıq iki gündür evdən çıxa bilmirlər: “Qəsəbədə kanalizasiya sistemi yoxdur. Buna görə də yağıntılardan sonra yollarda toplanan su axıdılmır. Təsəvvür edin ki, çölə çıxmaq istəyəndə yarıya qədər suya düşürük. Uşaqlarımız […]

Siyasət

Azərbaycan – Gürcüstan münasibətləri uğurla inkişaf edir

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal sürətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu […]

Təhsil

Bu universitetin liftlərinə kameralar quraşdırılacaq

Azərbaycan Dövlət Aqrar Universiteti liftlərinə kameralar quraşdıracaq. xeberde.az-ın məlumatına görə, bununla bağlı müvafiq avadanlıqların alınması üçün cədvəl hazırlanıb. Belə ki, ali təhsil müəssisəsi 15 liftə kameraların quraşdırılmasına görə 31 min manat xərcləməyi planlaşdırır. Bundan əlavə, sözügedən məbləğə servis xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

Dünya manset

2025-ci ilin FOTOSU seçildi

“İlin mətbuat fotosu” mükafatı 2025-ci ildə öz sahibini tapıb. xeberde.az xəbər verir ki, qalib fotonun müəllifi “New York Times”ın fotoqrafı Samar Abu Elouf olub. O, Qəzzada müharibə nəticəsində qollarını itirmiş 9 yaşlı Mahmud Ajjourun portretinə görə mükafata layiq görülüb. Münsiflər heyəti fotonu “yüksək səslə danışan səssiz foto” kimi şərh edib. “Mahmudun anasının mənə söylədiyi ən […]