Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən xeberde.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Author: VUQAR FERZELIYEV
General korpus komandiri təyin olundu
Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib. Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi. Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. O, Birinci […]
Bakıda məşhur restoranda kütləvi ZƏHƏRLƏNMƏ
Bakıda toyda kütləvi zəhərlənmə baş verib. xeberde.az xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayında qeydə alınıb. Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır. Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda oxuyan müğənnilərin də olduğu bildirilir. İlkin […]
Yağmursuz, duman, 22 dərəcə isti – Günün havası
Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən xeberde.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə […]
Azərbaycanlı loqoped İbrahim Tatlısəsin dəvəti ilə Hülya Avşarın verilişində – FOTO
Artıq 8 ildir məşhur türkiyəli sənətkar İbrahim Tatlısesin şəxsi loqopedi kimi fəaliyyət göstərən azərbaycanlı mütəxəssis, yaxın günlərdə maraqlı bir hadisə ilə yadda qaldı. İbrahim Tatlıses, Hülya Avşarın “Hülya ilə Konuş” adlı məşhur verilişinə qonaq dəvət olunarkən, onunla birlikdə uzun illərdir güvəndiyi və peşəkarlığına dəyər verdiyi loqopedini – azərbaycanlı mütəxəssisi də aparıb. Verilişin çəkilişlərini başdan sona […]
Pensiyaya 5 il tez çıxmaq üçün ya çoxuşaqlı olmalısan, ya da…
“Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, həmin qadınların pensiya yaş həddi 5 il azaldılır”. xeberde.az AzTV-yə istinadən xəbər verir ki, bunu DSMF-nin Sosial ödənişlər departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib. P. Əlizadənin sözlərinə görə, yəni hazırda pensiya üçün 64 yaş müəyyən […]
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? xeberde.az xəbər verir ki, hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə […]
Mədəniyyət və İncəsənət Universitetinin məzunları iş tapa bilir? – RƏQƏMLƏR
Ali təhsil müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası, təkcə təhsilin uğuru deyil, həm də ölkənin iqtisadi inkişafı və insan kapitalı siyasətinin effektivliyini əks etdirən mühüm göstəricidir. Universitetlərin məzunları ixtisaslarına uyğun şəkildə işlə təmin olunmadıqda, bu, həm təhsil sistemindəki struktur problemlərə, həm də əmək bazarındakı balanssızlığa işarə edir. Azərbaycanda son illər sözügedən sahədə müəyyən addımlar atılsa da, […]
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNATLAR
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib. İdarədən xeberde.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri […]
Azərbaycanda yeni fırıldaq növü yayılıb: “Kabus toxunuşu” – DİQQƏT
xeberde.az xəbər verir ki, Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb. Bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər. Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır. Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, […]










