Tarixçi alim Elnur Nəciyev Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidinin dağılma təhlükəsindən xilası üçün Milli Məclisin 3 komitəsinə – Mədəniyyət, Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrinə məktub ünvanlayıb. xeberde.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli millət vəkilləri! Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri və Alban irsinin daşıyıcılarının yaşadığı Qrız kəndi (Quba) tariximizin […]
Author: Xeberal.az
Biləsuvarda mağazadan 270 ədəd saxtalaşdırılmış alkoqollu içki aşkarlanıb
Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb. xeberde.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb. Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma […]
Şeyx Əbdül “AzDrama” rəhbərliyinə OD PÜSKÜRDÜ: “Onlar cəzalandırılmalıdır”
Xalq artisti Şeyx Əbdül Mahmudov xeberde.az-a açıqlamasında son günlər Akademik Milli Dram Teatrında baş verən qalmaqallı hadisələrə münasibət bildirib. Xalq artisti teatr rəhbərliyinə edilən təyinatların əsasız və qeyri-peşəkar yanaşmalar üzərində qurulduğunu bildirib: “Nə qədər ki, dövlət strukturlarında vəzifələr şəxsi münasibətlər zəminində, tanışlıq prinsipi ilə “pay-püş” ediləcək, vəziyyət dəyişməyəcək. Otu gətirib itin qabağına, əti gətirib atın […]
Türkiyə indi də bu hadisədən danışır
Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) ATV-də yayımlanan “Esra Erol’da” proqramı ilə bağlı araşdırmalara başlayıb. Buna səbəb verilişə qatılan bəylə qayınana arasındakı münasibət olub. Belə ki, 21 yaşlı Cuma Doğan fiziki məhdudiyyətli Dilek Şahinlə nişanlandıqdan sonra tez-tez onlara gedib, qayınanası Güldane Şahinlə aralarında yaxınlıq yaranıb. Qısa müddət sonra gənc qızın anası onun nişanlısına qoşularaq evdən […]
Sürücülük təcrübəsi zəif şəxslər yola çıxmasın!
Baş Dövlət Yol Polisi İdarəsinin sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib. xeberde.az-ın məlumatına görə müraciətdə deyilir: “Son günlər ölkənin bir çox bölgələrində havanın kəskin şəkildə dəyişməsi nəticəsində yağışların intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən yollarda hərəkət etmək olduqca çətinləşib. Bu çətin şəraitdə yol hərəkətində təhlükəsizlik məsələləri xüsusilə önəm kəsb edir. […]
Şabrançay daşdı – Kəndlər su altında qaldı – VİDEO
Şabran rayonunun bir neçə kəndi sel suları altında qalıb. xeberde.az-ın məlumatına görə, buna səbəb kəndlərin ərazisindən keçən Şabrançayın daşması olub. Sel nəticəsində rayonun Bor-bor və Padar kəndlərini su basıb. Hazırda həmin kəndlərdə əhalinin xilas edilməsi istiqamətində işlər görülür. Əraziyə texnikalar cəlb olunub.
Ağsuda faciə: ekskavatora sığınanları sel apardı – ÖLƏN VAR
Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb. xeberde.az xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən […]
Sabunçu tunelini su basdı – VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir. Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub. Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə […]
“Azadlıq radiosu”nun rus dilində yayımı dayandırıldı
“Azadlıq radiosu”nun rus dilində yayımlanan xidməti fəaliyyətini dayandırıb. xeberde.az xəbər verir ki, bu barədə məlumatı layihənin özü yayıb. Radionun yayımı aprelin 15-dən dayandırılıb. Qeyd edək ki, “Radio Free Europe / Radio Liberty” (RFE/RL) hüquqi şəxsi ABŞ Konqresinin ölkənin Qlobal Media Agentliyinin (USAGM) qrantı vasitəsilə təqdim etdiyi vəsait hesabına maliyyələşib. Martın 14-də isə ABŞ Prezidenti Donald Tramp […]
Kuklaçılar festivala gedir
Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri qardaş Türkiyəyə festivala gedirlər.Belə ki, 21 aprel-12 may tarixlərində IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı keçiriləcək. Kuklaçılarımızın səfər müddəti 21-26 aprel tarixlərini əhatə edəcək.Sənət bayramı Türkiyənin iki böyük şəhərini əhatə edəcək. 23-25 aprel tarixlərində Ankara, 26-27 aprel tarixlərində İstanbulda baş tutacaq festival marafonu 28-30 aprel tarixlərində Bakıda, 2-4 […]