İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) növbəti raket hücumu həyata keçirilib. xeberde.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın media qurumları BƏƏ istiqamətinə iki ballistik raket və üç pilotsuz uçuş aparatının (PUA) buraxıldığını bildirib. Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi hücum faktını rəsmən təsdiqləyib. Xatırladaq ki, mayın 4-də BƏƏ-nin Şarja, Əbu-Dabi və Dubay (Xüsusilə […]
Author: Xeberal.az
“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ
Tovuzda qadın “Whatsapp” qrupunda iş yoldaşlarını təhqir edib. 31 yaşlı Gülnar Hacıyeva (ad və soyad şərtidir) ilə gözəllik salonunda işləyən digər həmkarları arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnar özünün, salonun sahibinin və digər iki qadının olduğu “Whatsapp” qrupunda sahibkarı söyüb. Bu əməlinə görə, Gülnar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet […]
Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
Azərbaycan Milli Məclisinin növbəti iclası mayın 12-də keçiriləcək. xeberde.az bu barədə parlamentə istinadən xəbər verir. Məlumata görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib. Onlar aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı. 2. “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. […]
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qeyd edək ki, […]
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı
Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb. Qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib. Quba Rayon İcra Hakimiyyəti bu barədə sorğunu təsdiqləyib: “Aşkar edilmiş qanunsuz tikinti ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alnıb”. Əldə etdiyimiz daha bir məlumata görə, sözügedən […]
“Facebook”da yayılan dissertasiya elanları etiraz doğurdu: “Cinayət məsuliyyəti tətbiq edilsin”
İlqar Orucov: “Bəzi alimlər də bu işin içindədir” Sosial şəbəkələrdə “1 günə dissertasiya”, “plagiatsız elmi iş”, “praktik hissə daxil” kimi elanların sürətlə yayılması ciddi narahatlıq doğurur. Musavat.com xəbər verir ki, xüsusilə “Facebook” və digər platformalarda açıq şəkildə yayılan bu cür reklamlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Dissertasiya işi yalnız diplom və ya elmi ad əldə etmək üçün hazırlanmış […]
Hantavirusa ölkəmizdə yoluxma OLUB? – RƏSMİ
Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. xeberde.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə nazirliyindən bildirilib. Nazirlikdən qeyd edilib ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. “Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi […]
“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
Azərbaycanda satışda olan bəzi “rozetka”larla bağlı maraqlı və müzakirələrə səbəb olan iddia yayılıb. xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda istifadəçi aldığı “rozetka”nın üzərində insan tüklərinə bənzər hissəciklər aşkarladığını bildirib. O, bunu dəqiqləşdirmək üçün məhsulun bir hissəsini yandırdığını və nəticədə materialın həqiqətən tük olduğunu iddia edib. İddialara görə, tüklər məhsulun üzərinə dekorativ görüntü vermək məqsədilə […]
U-18 voleybol komandamız ADA Universitetinin qonağı olub
Veysəloğlu Şirkətlər Qrupunun həmtəsisçisi olduğu və 2026-cı ilin ölkə çempionu olan Milli Aviasiya Akademiyasının (MAA) qadınlardan ibarət U-18 voleybol komandası ADA Universitetinin qonağı olub. Səfər çərçivəsində gənc voleybolçular üçün universitetlə tanışlıq məqsədilə infotur təşkil edilib. Daha sonra ADA Universitetinin əməkdaşı Günel Muxtarova iştirakçılara ali təhsil ocağı barədə ətraflı təqdimat edib. Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər […]
Şok! Bakının məşhur restoranında insanlara at əti yedirirmişlər – FOTOLAR
“Alp Delux” şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Agentliyin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsus “Alp Delux” şadlıq evində yoxlama keçirib. Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma […]










