Cəmiyyət Sosial

Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan “ALMET” ASC-nin inzibati binası söküləcək. Buna səbəb “ALMET” ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır. Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb. Yığıncağın saat 11.30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda – “Şüşəplastmas” ASC-nin yerləşdiyi ünvanda keçirilməsi qərara alınıb. Ümumi […]

Təhsil

Magistratura imtahanının nəticələri ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Bu barədə xeberde.az-a DİM-dən məlumat verilib. İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə […]

Bölgə Cəmiyyət Gündəm Ölkə

SSRİ bayrağı qaldıran Saleh Səmədov KİMDİR…

Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.  Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib. xeberde.az Saleh […]

Cəmiyyət manset Təhsil

“Son zəng”lə bağlı XƏBƏRDARLIQ

“Son zəng”lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz. xeberde.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb: “Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. “Son zəng”lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə […]

Gündəm İqtisadiyyat manset

Sumqayıtda “Bayraktar” istehsal ediləcək

“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. xeberde.az-ın məlumatına görə, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb. Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda […]

Cəmiyyət İqtisadiyyat

“Azon zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Yaşar İbrahimov vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, müəssisəyə rəhbərlik Samir Əliyevə həvalə olunub. Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, […]

Ölkə Region Təhsil

Xankəndidə ikinci məktəb açılacaq

Xankəndidə ikinci məktəb açılacaq. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. E.Əmrullayev xatırladıb ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb ötən il təmir olunub: “Həmin məktəb tam dolub, bu səbəbdən ikinci məktəbin açılması nəzərdə tutulub. 2026-cı ilədək […]

Siyasət

Hindistan Azərbaycanı HƏDƏLƏDİ – Cavabı BELƏ VERİLDİ

XİN başçısı Dehlidən çağırışlara reaksiya verdi; bəs sanksiyanın ölkəmizə hansı ziyanı ola bilər? – ekspertlərin rəyi Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib. İlk reaksiya verənlərdən biri Azərbaycan, […]