Araşdırma

İsa peyğəmbərin 12 həvarisindən 1-i Bakda ölüb? – Kilsədən AÇIQLAMA

24 iyun tarixində bütün xristianlar üçün müqəddəs sayılan həvari Bartalmay üçün Bakı şəhərində – Qız qalasının ətrafında dua mərasimi keçirilib. İbadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Onu yeparxiyanın ruhaniləri müşayiət ediblər. İbadətin sonunda Bakı yeparxiyasının rəhbəri yepiskop Aleksiy və Azərbaycanda Katolik kilsəsinin apostol prefekti yepiskop Vladimir şəhərə və imanlılara xeyir-dua veriblər. xeberde.az mövzu ilə bağlı […]

Cəmiyyət

Anarın yerinə sədr kimi Rəşad Məcidi görürəm – Aqil Abbas

Anar hələ var, yerindədir. Anar istefa da verməyəcək, növbəti seçkilərdə də iştirak edəcək. 85 yaşı var, çox da normaldır. Bir neçə gün əvvəl yubiley tədbirində idik, orada da dedi “nə qədər qoca olsam da, min cavana dəyərəm”. Bunu Milli Məclisin deputatı Aqil Abbas xeberde.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti barədə suala cavabında deyib. O qeyd edib ki, Yazıçılar Birliyi normal işləyir: […]

Hadisə

Yasamalda qəbiristanlıqda YANĞIN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən “xeberde.az”-a verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Gündəm Hərbi

Hərbçilərin mənzillə təmin edilməsi prosesi DAVAM EDƏCƏK

Sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ili tamam olur.  1918-ci il iyunun 26-da əsası qoyulan ordumuz ötən bir əsrdən artıq dövrdə böyük inkişaf yolu keçib və bu gün regionun ən güclü hərbi qurumlarından birinə çevrilib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan Ordusunun peşəkarlığını və qüdrətini bütün dünyaya nümayiş etdirib. […]

Bölgə manset

Azərbaycanda 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur

xeberde.az-ın məlumatına görə, Qax, Nəsimi, Culfa və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur. Belə ki, bir neçə gün əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb. Culfanın icra başçısı Siyam Hacıyev isə ötən ilin iyul ayında işdən çıxarılıb və onların yerinə heç kim təyin edilməyib. Nəsimi Rayon […]

Hərbi

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqiliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, fəxrlə deyə […]

MARAQLI

Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?

Müasir elm bu hadisəni neyrobiologiya nöqteyi-nəzərindən izah edir. Bir çox insanlar spirtli içki qəbul etdikdən sonra siqaret çəkmək istəyinin artdığını qeyd edirlər. Bu fenomen təkcə çox siqaret çəkənlərdə deyil, həm də yalnız arabir, ən çox sosial mühitdə siqaret çəkənlərdə də müşahidə olunur.  xeberde.az məlumatına görə, istehlak olunan spirt miqdarı artdıqca, bir insanın siqaret çəkmək istəməsi […]

Dünya

İrana PUA-lar hücum edib

İranın şimalındakı Rəşt şəhərətrafına bir neçə pilotsuz təyyarə hücum edib. xeberde.az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini bildirib. “Təxminən bir saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, – o qeyd edib. Qubernatorun sözlərinə görə, hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf […]

manset Siyasət

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan […]