Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var. xeberde.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib. O qeyd edib ki, ilk növbədə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsünün aparılması nəzərdə tutulur. “Həmin binaların restavrasiyası mümkün deyil. Binaların söküntüsü mərhələli şəkildə […]
Author: Xeberal.az
Satıcıya saxta 100-lük verdi, daha sonra bıçaqladı
Bakıda satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, hadisə Qaradağ rayonunda yerləşən mağazaların birində baş verib. Naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb. Lakin pulun saxta olduğu aşkarlandıqda ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb. Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli […]
Türkiyədə məşhur idman brendi cərimələndi – məhsulunda donuz dərisi çıxdı
Türkiyədə istehlakçı hüquqlarının qorunması istiqamətində atılan addımlar davam edir. Bu dəfə hədəfdə dünyaca məşhur idman brendi olub. xeberde.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi “New Balance” şirkətinə qarşı ciddi maliyyə sanksiyası tətbiq edib. Şirkət bəzi idman ayaqqabısı modellərində donuz dərisindən istifadə etdiyini istehlakçılara bildirmədiyi üçün 1 milyon 730 min lirə (təxminən 45 min dollar) məbləğində cərimələnib. Nazirlik […]
Azərbaycanda məscidlərə “Qədim türklər” kitabı paylanılacaq
Azərbaycanda məscidlərə kitablar paylanılacaq. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçiriləcək “Hər məsciddə kitabxana” layihəsinə 272.463,70 manatın ayrılması nəzərdə tutulur. Ūmumilikdə 172 məscidə 16790 kitabın veriləcəyi planlaşdırılır. Fondun siyahısında dini ədəbiyyatla yanaşı, Azərbaycan klassiklərinin və tanınmış naşirlərin əsərləri də yer alıb. Belə ki, məscidlərə Nizami Gəncəvinin “Xəmsə”, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani irəm”, Məhəmməd Füzulinin “Seçilmiş […]
Əvəz Zeynallı ağır durumdadır – məhkəmənin qərarını gözləyir
Tanınmış baş redaktor, hazırda həbsdə olan Əvəz Zeynallı bu gün həyatının ən ağır dönəmini yaşayır. Onun yalnız azadlığı deyil, artıq canı da təhlükədədir. Bu barədə xəbəri həyat yoldaşı Məlahət Zeynallı ictimaiyyətə çatdırıb. O bildirib ki, Əvəz Zeynallıya gecikmiş mərhələdə xərçəng diaqnozu qoyulub: “Biopsiya nəticələrinə əsasən, bağırsağında aşkarlanan bədxassəli şiş artıq qaraciyərə yayılıb. Bu, xərçəngin daha […]
Orxan Fikrətoğluna yeni vəzifə verildi
Mədəniyyət nazirinə yeni müşavir təyin olunub. xeberde.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb. O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək. Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda […]
Bakıda iki qız itkin düşdü -FOTO
Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüb. Bu barədə xeberde.az-a onların valideynləri məlumat verib. Belə ki, 16 aprel axşam saat 20:00 radələrində sözügedən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar. Qeyd edək […]
Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub. xeberde.az-ın məlumatına görə, hadisə tekstil fabrikində baş verib. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida […]
Bu şəxslərə 2500 manat veriləcək – Prezidentdən SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə […]
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi
Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xeberde.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır. Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. […]










