İqtisadiyyat Sosial

Veysəloğlu Şirkətlər Qrupunda işləmək istəyənlərin nəzərinə!

Mənə mütəmadi olaraq Qrup şirkətlərində iş imkanları ilə bağlı müraciətlər daxil olur. Bu səbəbdən qeyd etmək istərdim ki, vakansiyalar mütəmadi olaraq açıq şəkildə elan olunur və işə qəbul prosesi müəyyən edilmiş meyarlar əsasında həyata keçirilir. İşləmək istədiyiniz istiqamət üzrə uyğun vakansiya elan olunduqda, müraciətinizi rəsmi kanallar vasitəsilə göndərərək seçim prosesində iştirak edə bilərsiniz. Aşağıda hazırda […]

Hüquq

DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq

Mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur. Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar. Bu […]

Hüquq

DTX onları ifşa etdi

Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır. Son vaxtlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları qeydə alınmaqdadır. Xarici vətəndaşların rəhbərlik […]

Dünya

Epşteyn şəbəkəsi üçün qızların cəlb edildiyi əsas yerlərdən biri müəyyənləşdi

Fransanın məşhur Sen-Trope kurortu qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin şəbəkəsinə qızların cəlb edildiyi əsas məkanlardan biri olub. Nəşrin jurnalistləri tərəfindən aparılan təhqiqatın nəticələrinə əsasən, Sen-Trope Fransada Epşteynin Parisdəki Foş prospektində yerləşən mənzilindən sonra “cinsi istismar üçün” qızların cəlb edildiyi ikinci dayaq nöqtəsi olub. Epşteyn bu kurorta demək olar ki, hər il baş çəkib. Fransalı müstəntiqlər […]

Dünya

Qatarların yerini hava gəmiləri tutur – Rusiyadan Sibirlə bağlı sürpriz plan

Rusiyada Sibirin əlçatmaz bölgələrində yeni avtomobil və dəmir yollarının tikintisi əvəzinə yükdaşımalarda hava gəmilərindən istifadə edilməsi təklif olunub. xeberde.az xəbər verir ki, bu təkliflə “Sibir Sazişi” Assosiasiyasının İcraiyyə Komitəsinin sədri Gennadi Quselnikov çıxış edib. Onun sözlərinə görə, böyük ölçülü hava gəmiləri xüsusilə nəqliyyat infrastrukturu zəif olan və yeni yolların çəkilməsinin çətin və baha başa gəldiyi […]

İdman

Maradonanın “Tanrının əli” qolunun vurulduğu top hərraca çıxarılır

xeberde.az xəbər verir ki, futbol tarixinin ən mübahisəli məqamlarından birinin şahidi olan tarixi oyun topu hərraca çıxarılıb. 2020-ci ildə həyatını itirən futbol əfsanəsi, argentinalı Diyeqo Armando Maradonanın 1986-cı il Dünya Çempionatının dörddəbir final matçında İngiltərəyə əli ilə vurduğu və tarixə “Tanrının əli” bəyanatı ilə düşən qolda istifadə edilən top Böyük Britaniyanın paytaxtı Londondakı “Graham Budd” […]

Dünya

iPhone 17 almaq istəyənlərə xəbərdarlıq – avqustun 10-dan etibarən…

Apple şirkətinin iPhone 17 seriyasının qiymətlərini avqustun 10-dan etibarən artırmağı nəzərdən keçirdiyi bildirilir. xeberde.az xəbər verir ki, MacRumors-un məlumatına görə, qiymət artımı artıq sabah – bazar ertəsi qüvvəyə minə bilər. Hələlik bahalaşmanın iPhone 17 seriyasındakı bütün modellərə şamil ediləcəyi və qiymətlərin nə qədər artırılacağı məlum deyil. Apple bundan əvvəl yaddaş və məlumat saxlama komponentlərinin qiymətlərinin […]

Cəmiyyət Gündəm

Sabir Rüstəmxanlıdan vəfat edən dostu ilə bağlı TƏSİRLİ YAZI

Xalq şairi Sabir Rüstəmxanlı uzun illər dostluq etdiyi, görkəmli şair, Azərbaycanın Əməkdar Mədəniyyət xadimi Çingiz Əlioğlunun vəfatı ilə əlaqədar ürəkağrıdan xatirələrini bölüşüb. Vətəndən uzaqda olan şair gördüyü son yuxunu və dostunun itkisi ilə bağlı duyğularını qələmə alıb. xeberde.az həmin yazını təqdim edir: “Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm Azərbaycan Milli Dram Teatrında Məmməd […]

Bölgə Hadisə

Kür çayında yeniyetmə qız BATDI

Kür çayında yeniyetmə qız batıb. xeberde.az xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb. Gəncə şəhəri Məhsəti qəsəbə sakini, yaxşı təxminən 16-17 olan yeniyetmə qız (şəxsiyyəti dəqiqləşdirilir-red) çayın Yenikənd ərazisindən keçən hissəsində batıb. Hazırda Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xitmətinin əməkdaşları tərəfindən yeniyetmənin axtarışları davam edir. Fakta bağlı araşdırma aparılır.

Dünya

Rusiyanın öz “LADA”sı ruslara baha satılır – bu ölkədə 6 min manata daha ucuzdur

Rusiyada istehsal olunan “LADA” avtomobillərinin ölkə daxilində xaricdən daha baha satılması Dövlət Dumasında narazılıq yaradıb. xeberde.az xəbər verir ki, Dövlət Dumasının deputatı Kamnev “AvtoVAZ” avtomobillərinin Rusiyada digər ölkələrlə müqayisədə daha baha olduğunu bildirib. Deputatın sözlərinə görə, “LADA Vesta”nın “Comfort” komplektasiyası Belarusda Rusiya bazarındakından təxminən 300 min rubl (6 min manatdan çox) ucuzdur. Kamnev bu vəziyyətə […]