Dünya

General Ermənistan pasportundan imtina etdi

90-cı illərdə Ermənistan Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələr tutmuş və ölkədə Rusiya hərbi qüvvələrinin yaradılması ideyasının müəlliflərindən biri olan general-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina edib.

xeberde.az xəbər verir ki, bunu o, “İravunk”a müsahibəsində deyib. 

“Moskvada konsulluğa gedib Ermənistan pasportumu qaytardım”, – general-leytenant vurğulayıb. 

Norat Ter-Qriqoryants bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin həyata keçirdiyi siyasətə etiraz olaraq bu addımı atıb.

“Bir daha Ermənistana gəlməyəcəyəm. Bu qədər”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir