“2025-ci ilin yeni tədris ilində istifadəyə veriləcək “Təhsil kartı” təşəbbüsü həm sosial, həm iqtisadi, həm də institusional baxımdan diqqətçəkici və simvolik əhəmiyyət daşıyır. Bu təşəbbüs Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir və ilkin mərhələdə 300-dən artıq yerli şirkətin sistemə qoşulması artıq reallaşıb. Təklif olunan bu kart vasitəsilə müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri nəqliyyatdan, […]
Author: Xeberal.az
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Bəzi mənbələrə görə, sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalanandan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarılmalı olacaq. xeberde.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib. “Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi […]
Çiyələk və alça ilə bağlı həkimlərdən XƏBƏRDARLIQ
Mövsümü olmasa belə bəzi meyvə və tərəvəzləri bütün fəsillərdə əldə etmək mümkündür. Lakin mütəxəssislər meyvə və tərəvəzləri öz mövsümündə yeməyi tövsiyə edirlər. Yaz aylarında da ən çox yeyilən meyvə çiyələk və alçadır. Azərbaycanda artıq fevral ayından alça və çiyələk satılır. Bunlar həm baha satılır, həm də süni şəkildə yetişdirilir. Hazırda isə bazarlarda ən çox təklif […]
Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ
Naxçıvanda vəzifəli şəxs işindən azad edilib. Xeberde.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) icraçı direktoru Vüsal Ələkbər oğlu Məmmədov işdən çıxarılıb. Qərar TMİB-nin Müşahidə Şurası tərəfindən 15 may 2025-ci il tarixində imzalanıb. Xeberde.az
Şəmkirdə qəssablar işləmir, ət dükanları bağlanıb – İcradan iddialarla bağlı AÇIQLAMA
Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb. Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar. Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat […]
Taksi şirkəti 40 min cərimə edildi
Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib. xeberde.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib. Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib. Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub. […]
Uğrunda 100 milyardlar xərclənir: Bu gün haqqında nələri bilirik? MÜHÜM ARAŞDIRMA
15 may dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur. İqlimi qorumaq bu gün bəşəriyyətin qarşısında duran ən böyük problemlərdən biridir. Qlobal istiləşmə, təbii fəlakətlər, hava şəraitinin dəyişməsi və s. Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur, nəticədə insanların ərzaq, həyat və əmlak təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin tarazlı inkişafına mənfi təsir göstərir. Planetdə geridönməz iqlim dəyişikliyinə […]
Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi
“Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb. xeberde.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, mediadan daxil olan vətəndaş şikayətinə əsasən, Çin Xalq Respublikasının “Shandong Qinkai Medical Industry Co. LTD” şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı […]
Bulvara Çindən faytonlar gətiriləcək
Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib. xeberde.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az İdarədən məlumat əldə edib. Məlumata görə, Dənizkənarı Bulvar İdarəsi Çin şirkəti “Xuchang Qianzhimei Carriage Manufacturing Co. LTD” ilə elektrik mühərrikli (atsız) faytonların satın alınması ilə bağlı müqavilə bağlayıb. Sifariş edilən faytonların sayı açıqlanmayıb.
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
“Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. xeberde.az bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” “Texniki tənzimləmə […]










