Bu il iyulun 10-da gecə səmasında “Maral Ay” (“Buck Moon”) adlı unikal hadisə müşahidə olunacaq. xeberde.az xəbər verir ki, bu, Ayın ilin ən alçaq mövqedə görünməsi ilə xarakterizə olunur. Mütəxəssislər bildirir ki, Ay günbatan sonra qürub işıqları zamanı üfüqdə nəhəng və narıncı rəngdə görsənəcək. NASA bu hadisəni “Ayın illüziyası” adlandırır. Ay üfüqə yaxın olduqda böyük və […]
Author: VUQAR FERZELIYEV
Bakıda falçı evini satan qadının başına oyun açdı – FOTO
Bakıda falçı qadını aldadaraq 190 manatını alıb. xeberde.az-ın məlumatına görə, zərərçəkən qadın evini tezliklə satmaq üçün falçıya müraciət edib. İnstagram sosial şəbəkəsində “Svetlana.baxici” adı ilə onlayn fəaliyyət göstərən falçı qadından 190 manat aldıqdan sonra, 20 gün ərzində evin satılacağını bildirib. Lakin iki ay keçməsinə baxmayaraq, ev satılmayıb. Evin satılmadığını görən qadın falçıya yenidən müraciət etdikdə isə […]
Bu market yararsız məhsullar SATIRMIŞ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin […]
Sabah dəhşətli isti olacaq – XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 10-u bəzi yerlərdə 38 dərəcə isti gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° […]
Bakıda 15 yaşlı qızları təqib edən 32 yaşlı şəxs həbs olundu – “Bizi restorana dəvət edirdi”
15 yaşlı qızları maşınla izləyən, onları narahat edən şəxs həbs olunub. Həmin şəxs qızlara avtomobillə gəzməyi, restorana getməyi təklif edib. xeberde.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində baş verib. 15 yaşlı iki qız məşğələdən evə qayıdan zaman tanımadıqları şəxs avtomobillə onları izləməyə başlayıb. Ara məhəllədə qızlara yaxınlaşaraq onlarla tanış olmaq məqsədi ilə nömrələrini və ya […]
Prezident Birləşmiş Ərəb Əmirliklərindədir – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. xeberde.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır
Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov insult keçirib. xeberde.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya açıqlamasında Aşıq Ağamurad İsrafilov deyib. O, aşığın səhhətinin ağır olduğunu bildirib: “Dili tutulub, danışa bilmir. Bu yaxınlarda onun 70 illiyi ilə bağlı veriliş hazırlanırdı. Onun haqqında həyat yoldaşı danışdı. Müalicələr aparılır, ümid Allahadır”. Xatırladaq ki, Aşıq Əhliman bir neçə il əvvəl […]
Tələbələrin köçürülməsi BAŞLAYIR
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək […]
Eynəklə musiqi dinləmək mümkün olacaq
“Apple” 2027-ci ilin ikinci rübündə foto və video çəkməyə və musiqi dinləməyə imkan verəcək ilk smart eynək modelini kütləvi istehsala keçirməyə hazırlaşır. xeberde.az xəbər verir ki, bunu analitik Ming-Chi Kuo deyib. Bu yeni cihaz istifadəçilərə toxunma və ya səsli əmrlərdən istifadə etməklə foto çəkməyə, video yazmağa və musiqi dinləməyə imkan verəcək. Bununla belə, birinci nəsil […]
Dəqiqləşdi: Rusiyaya qarşı dağıdıcı sanksiya qanunu Konqresdə müzakirəyə bu tarixdə çıxarılacaq
Senator Lindsi Qremin hazırladığı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi ABŞ Konqresinə iyulun 9-da təqdim ediləcək. xeberde.az xəbər verir ki, məlumatı X sosial şəbəkəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç yerləşdirib. Onun sözlərinə görə, bu qanun layihəsi Rusiya rəhbəri Vladimir Putinə “güclü siqnal” verəcək: “Senator Lindsi Qremin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə dair mühüm […]










