Bölgə Hadisə

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. xeberde.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. […]

Dünya

Filippində “Basyanq” fırtınası – 12 nəfər öldü

Filippində “Basyanq” tropik fırtınasının törətdiyi fəsadlar nəticəsində azı 12 nəfər həyatını itirib. xeberde.az-ın məlumatına görə, bu barədə GMA telekanalı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər yayıb. Bildirilir ki, Mindanao adasında yerləşən Kaqayan-de-Oro şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, digər ölənlər isə daşqınlar zamanı boğulub. Güclü yağışlarla müşayiət olunan fırtına Filippinin cənub bölgələrində […]

İdman

“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib. xeberde.az xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb. Onların matça buraxılmamasının səbəbi bəlli deyil. Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi […]

Kriminal

İdrak Liseyində 10-cu sinif şagirdi müəllimin güllələdi

Xeberde.az xəbər verir ki, Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır. Xeberde.az

Siyasət

Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır

4 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış müasir dövrün ən mühüm siyasi və humanitar mesajlarından biri kimi yadda qaldı. Dövlət başçısının çıxışı təkcə şəxsi təltif kimi deyil, eyni zamanda Azərbaycan dövlətinin sülh, əməkdaşlıq və dialoq siyasətinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu. Prezident İlham Əliyev çıxışında […]

manset Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. xeberde.az həmin məktubun mətnini təqdim edir: “Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm. Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, […]

Hadisə manset

Məmur bu qəzaya görə vəzifəsini itirdi – Video

Yanvarın 30-u gecə saatlarında Qazax şəhərinin Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin törətdiyi qəzadan görüntülər yayılıb. xeberde.az xəbər verir ki, jurnalist Aygün İlqar sosial şəbəkədə hadisənin millət vəkili Səməd Seyidovun köməkçisi tərəfindən törədildiyini bildirilib. Məlumata görə, həmin şəxsin sərxoş halda idarə etdiyi avtomobil yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri – xəstəxana əməkdaşı xəsarət […]

Cəmiyyət Gündəm

Leysan Məmmədov Gülbahar Eyvazovanın qızını işdən çıxardı

Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.  xeberde.az-ın məlumatına görə, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla […]

Hadisə manset

Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi

Ötən gün 163 nömrəli tam orta ümumtəhsil məktəbinin ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan 10-cu sinif şagirdi özəl xəstəxanaya yerləşdirilib. Bununla bağlı xeberde.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) fevralın 4-ü saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub. Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları […]