Cəmiyyət

Qonşuda xərçəng peyvəndi – Azərbaycan sifariş edə bilər

Onkoloq: “Yüz faiz sağalma şansı o zaman olur ki…” Rusiya Elmlər Akademiyasının Qamaleya Epidemiologiya və Mikrobiologiya Mərkəzi xərçəng xəstəliklərinə qarşı hazırlanan ilk test peyvəndlərinin üç seriyasını istehsal edib. Musavat.com xəbər verir ki, məlumata görə, yeni preparatlar mRNT texnologiyası əsasında hazırlanıb və bu sahədə Rusiyada ilk belə genişmiqyaslı klinik yönümlü layihə hesab olunur. Mərkəzin direktoru bildirib […]

Tədbirlər

Veysəloğlu Şirkətlər Qrupu Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 22 il ötür. Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov və rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra böyük oftalmoloq-alim, […]

Ana Səhfə

Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Instagram” sosial şəbəkə hesabında paylaşım edib. Xeberde xəbər verir ki, paylaşımda qeyd olunub: “Dahi Heydər Əliyev. Xatirimizdədir, sevgi ilə anırıq”. View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) Xeberde.az

Təhsil

Ali təhsilin müddəti azaldılır – Qanun qəbul edildi

Gürcüstan parlamenti “Ali təhsil haqqında” Qanuna və ali təhsil islahatı ilə bağlı qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib. Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan […]

Siyasət

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb. Xeberde xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Biz […]

Dünya Siyasət

Paşinyan: “Tramp marşrutu”nun tikintisinə 2026-cı ildə başlanılacaq

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat şəbəkəsinin tikintisinə 2026-cı ildə başlanılacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib. “Hazırda biz amerikalı həmkarlarımızla TRIPP nəqliyyat şəbəkəsinin inkişafı layihəsinin ümumi şərtləri ilə bağlı intensiv danışıqlar aparırıq. “TRIPP Company” şirkəti dəmir yolları və avtomobil yollarının, neft və qaz kəmərlərinin, həmçinin […]

Hüquq

Xaricdə rəsmi şəxsləri güdən azərbaycanlılar saxlanıldı – DTX-dən əməliyyat + VİDEO

Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib. Xeberde xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görülmüş müvafiq tədbirlərlə Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin […]

Ana Səhfə

| Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkür edib. Məktubuna görə Donald Trampa dərin təşəkkürün bildirən dövlətimizin başçısı onun xoş sözlərini, sülh və sabitlik naminə səylərimizə dair fikirlərini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti qeyd edib: “Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti […]

AKTUAL Ana Səhfə

Türkiyə XİN nümayəndəsi: Ankara tərəfdaşlarına Cənubi Qafqaza obyektiv yanaşmanın əhəmiyyətini çatdırır

Türkiyə dost ölkələr də daxil olmaqla, bütün dialoq tərəfdaşlarına Cənubi Qafqazdakı proseslərə obyektiv yanaşmanın əhəmiyyətini çatdırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Qafqaz idarəsinin rəhbərinin müavini, səfir Ayşe Üzer dekabrın 10-da Ankaradakı Hacettepe Universitetində Cənubi Qafqazla bağlı müzakirələr çərçivəsində təşkil edilən “Türk dünyası: keçmişdən gələcəyə” panel sessiyasında bildirib. “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” […]