Siyasət

Ersin Tatara Bakıda fəxri doktor diplomu veriləcək

Azərbaycana səfəri çərçivəsində Şimail Kipr türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki universitetinin fəxri doktor diplomu veriləcək.  xeberde.az-ın məlumatına görə, təqdimat mərasimi iyulun 2-də baş tutacaq.  Qeyd edək ki, Şimali Kipr Prezidenti Ersin Tatar  iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.

Bölgə Hadisə

Şirvan kanalında boğulan 91 yaşlı kişinin meyiti tapıldı

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. FHN-dən xeberde.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

manset Siyasət

İlham Əliyev həmkarını təbrik etdi

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz […]

manset Təhsil

Akademik tanınma prosesinin vaxtı uzadıldı

Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun həyata keçirilir. xeberde.az xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciətində bildirilib. Qaydaların 5.9-cu bəndinə əsasən, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini […]

Bölgə Ölkə Region Siyasət

Pezeşkian Xankəndiyə gəlir

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. xeberde.az məlumat verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.

Bölgə Cəmiyyət manset

Yekaterinburqda qətlə yetirilən qardaşlar Ağcabədidə dəfn edildi – FOTO – YENİLƏNİB

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb. xeberde.az xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar. Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında […]

Cəmiyyət Sosial Təhsil

Məktəbli formaları 25 faiz UCUZLAŞDI

“Bu gündən etibarən məktəbli formalarının qiymətində endirim olacaq”. xeberde.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib. E.Əzimov bildirib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb. “İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir – qısaqol […]

Gündəm Kriminal manset

DTX əməliyyat keçirdi – Saxlanılan var

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub. xeberde.az xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən […]