Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, 2025–2030-cu illəri əhatə edən dövrdə Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet hesab olunan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur. Tədbirlər […]
Author: VUQAR FERZELIYEV
Bakıda mağazalardan oğurluq edildi
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb. xeberde.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub. Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də […]
Çernobıl əlillərinə yeni avtomobillər veriləcək
Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı üzrə tədbirlər davam etdirilir. xeberde.az-ın məlumatına görə, bu işlərin davamı kimi qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təhvil veriləcək. Məlumata əsasən, bu tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il […]
Azərbaycanda yeni fond yaradıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təsisçiliyi ilə “Tumar Ventures” adlı yeni vençur fondu yaradılıb. xeberde.az xəbər verir ki, bunu “İDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib. “Bu, bizim üçüncü vençur fondumuzdur”, – deyə o qeyd edib. Xatırladaq ki, İRİA-nın təşəbbüsü ilə bu gün Azərbaycanın […]
Universitetlərdə semestr imtahanları ləğv edilə bilər
Qarlı və şaxtalı hava şəraiti qış imtahanları dövründə tələbələrin universitetlərə gedib-gəlməsində müəyyən çətinliklər yarada bilər. Bu isə imtahanların onlayn keçirilməsi və ya təxirə salınması məsələsini gündəmə gətirir. Maraqlıdır, qış imtahanları onlayn formada və yaxud ləğv oluna bilərmi? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, fövqəladə halların baş verdiyi dövrlərdə imtahanların […]
Məktəblilər arasında “snus” təhlükəsi- “Köşklərdə satılır” – Video
Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir. xeberde.az məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər. “Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, – […]
Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları
Son illərdə Bakıda mənzil qiymətlərinin kəskin artması şəhər sakinləri arasında ciddi narazılığa səbəb olub. Yeni tikililərin qiymətləri getdikcə əlçatmaz hala gəlir, kirayə mənzillərin icarə haqqı isə əksər ailələrin büdcəsini sıxışdırır. Bu vəziyyət xüsusilə orta və aşağı gəlirli əhali üçün böyük problemlər yaradır. İnsanlar həm öz evlərini almaqda çətinlik çəkir, həm də kirayə mənzil tapmaq üçün […]
Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Dekabrın 13-dən Türkiyənin İstanbul şəhərində 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət nümayəndə heyəti ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası […]
Kamran Əsədova hansı cəza düşür?
xeberde.az saytı təhsil eksperti Kamran Əsədovun Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu haqda məlumat əldə edib. Bəlli olduğu kimi, Kamran Əsədova və daha bir neçə şəxsə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda abituriyentlərə qanunsuz olaraq xüsusi texniki vasitələrlə kömək etdiyi üçün cinayət işi açılıb. İbtidai istintaq artıq yekunlaşıb və iş məhkəməyə verilib. Məhkəmə istintaqı dekabrın […]
Sabirabadda qadınların ƏR DAVASI: biri nazirliyin katibəsidir
Sabirabadda qadın sevgilisinin arvadına hücum edib. xeberde.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib. Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin […]










