“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirb. xeberde.az xəbər verir ki, o, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını bildirib: “Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər. Belə meydançada necə futbol oynamağa […]
Author: VUQAR FERZELIYEV
II Qareginə cinayət işi açılıb
Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açılıb, onun ölkədən çıxışı qadağan edilib. xeberde.az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan məlumat verib. O qeyd edib ki, bu, Arman Saroyanın vəzifəsindən azad edilməsi ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə bağlıdır. Əvvəllər bu iş üzrə 6 yüksək vəzifəli kilsə xadiminə qarşı ittiham […]
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi
Tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsinə təsdiq edilib. Bu barədə xeberde.az-a açıqlamasında tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər. “Güntəkin Nəcəfli uzun illərdir ki, Tarix və Etnologiya İnstitutunda çalışır. Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə o, Dövlət […]
Mədəniyyət naziri müşavirini teatra rəhbər təyin etdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Oleq Əmirbəyov bu vəzifəyə təyin olunub. Əməkdar artist Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb. Xatırladaq ki, Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə […]
Türkiyə və Ermənistan quru yolu ticarətinə razılaşdılar
Türkiyə və Ermənistan ikitərəfli quru ticarətinə başlamaq barədə razılığa gəliblər. xeberde.az xəbər verir ki, bu barədə Türkiyənin T24 nəşri məlumat yayıb. “Al Monitor” qəzetinin jurnalisti Ezgi Akinin sözlərinə görə, vəziyyətlə tanış olan iki kommersiya mənbəyi Ankara və İrəvanın birbaşa quru ticarətinə başlamaq barədə razılığa gəldiyini bildirib. Bu addım Ankaranın Cənubi Qafqazda ABŞ-ın rəhbərlik etdiyi daha geniş […]
Hərbi attaşelər hərbi hissədə olublar – VİDEO
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub. Müdafiə Nazirliyindən xeberde.az-a verilən xəbərə görə, hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib və brifinq təqdim olunub. Qeyd edək ki, tədbirdə 18 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib.
NATO baş katibi Rusiyanı ələ saldı
Rusiya qüdrətli ayı kimi görünmək istəyir, amma bağ ilbizi ilə eyni yöndəmsiz sürətlə hərəkət edir. xeberde.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte bildirib. O, Rusiyanın Ukraynadakı irəliləmə sürətini ələ salmaq üçün bu sözləri işlədib.
General Ayaz Həsənovun məhkəməsi BAŞLADI
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. xeberde.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, […]
Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT
14-15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. xeberde.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir. “Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur. […]
Millimiz 1 milyon avrodan çox gəlir əldə etdi
UEFA Millətlər Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsait açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun tərtib etdiyi maliyyə hesabatında öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan yığması turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.










