Dünya

Moskva aeroportlarında yüzlərlə uçuş təxirə salındı

Ukraynanın dron hücumu səbəbindən Moskva hava limanlarında 400-dən çox uçuş təxirə salınıb. xeberde.az xəbər verir ki, ötən gecədən intensivləşən dron hücumları Rusiya paytaxtının hava limanlarının fəaliyyətini iflic edib. Bildirilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Moskvaya edilən ən böyük dron hücumu fonunda paytaxtın hava qovşağındakı hava limanlarında bəzi uçuşların vaxtı dəyişdirilib və uçuşlar ləğv edilib. […]

Dünya

Səudiyyə Çinin bu ödəniş platformasından çıxdı

Səudiyyə Ərəbistanı mərkəzi banklar arasında birbaşa transsərhəd ödənişləri həyata keçirmək və dollardan asılılığı azaltmaq məqsədilə Çinin rəhbərliyi ilə yaradılan “mBridge” beynəlxalq ödəniş platforması layihəsindən çıxıb. xeberde.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. “Ər-Riyad layihəyə 2024-cü ildə qoşulub, lakin daha sonra iştirakının əvvəldən müvəqqəti xarakter daşıdığını açıqlayıb”, – məlumatda qeyd olunub.

Siyasət

Prezidentin xüsusi nümayəndəsi Çində səfərdədir –  FOTOLAR

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Çin tərəfinin dəvəti ilə Cıciang əyalətinin Şaosin şəhərində keçirilən 2026-cı il Ümumdünya Təmizlik Gününün qlobal əsas tədbirində iştirak etmək məqsədilə Çin Xalq Respublikasında səfərdədir. xeberde.az xəbər verir ki, səfər çərçivəsində Məsim Məmmədov Çin Kommunist Partiyasının Şaosin şəhər komitəsinin katibi Şi Huifang ilə görüşüb. Görüşdə Məsim Məmmədov […]

İdman

Bakıda taekvondo üzrə “Koreya Səfiri Kuboku” turniri keçiriləcək

Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında “Koreya Səfiri Kuboku” turniri təşkil olunacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb. Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və […]

Şou-Biznes

Rəqs müəllimlərini tənqid etdi

Aparıcı Mətanət Əliverdiyeva bəzi rəqs müəllimlərini tənqid edib. xeberde.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində valideynlərə müraciət edərək, peşəkar olmayan müəllimlərin uşaqların gələcəyinə mənfi təsir göstərdiyini bildirib: “Əziz valideynlər, indi rəqs qrupları çoxdur. Kortəbii rəqs edən uşaqlarımız da xeylidir. Bunu kənardan hamımız müşahidə edirik. Qruplar açırsınız ki, uşaqlara rəqs öyrədəsiniz, amma əslində uşaqların evini […]

Bölgə Kriminal

Göygöldə ər arvadını qətlə yetirib

Göygöldə qətl hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bölgə Kriminal

Göygöldə ər arvadını qətlə yetirib

Göygöldə qətl hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Dünya

İmran Xanın bacısı saxlanıldı

Pakistanda həbsdə olan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan saxlanılıb. xeberde.az-ın məlumatına görə, Alima Xan sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan ümumxalq etirazları ərəfəsində Lahorda polis tərəfindən tutulub. Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsinin bildirdiyinə görə, hadisə Alima Xanın yaşadığı evin yaxınlığında baş verib. O, idman zalına getmək üçün evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb […]

Bölgə Hadisə

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb. xeberde.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı […]