Cəmiyyət

Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. xeberde.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş […]

Cəmiyyət

Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə yalan məlumatın yayılması cinayət hesab ediləcək. xeberde.az xəbər verir ki, Trend Ali Məhkəmənin müvafiq Plenum qərarı və Cinayət Məcəlləsinə istinad edərək bu qənaətə gəlib. Mediada yalan məlumatın yayılması Belə ki, Ali Məhkəmənin Plenum qərarına əsasən, yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəfini, ləyaqətini ləkələməsə də, onun şəxsi toxunulmazlıq […]

Cəmiyyət Gündəm manset

Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. xeberde.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun icraçı direktorunun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

İqtisadiyyat manset

Mikayıl Cabbarov onu özünə müşavir təyin etdi – FOTO

Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib. xeberde.az məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib. T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz […]

Kriminal

AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. xeberde.az  xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib. Xatırladaq ki, ötən il Səbail […]

Araşdırma

33 yaşdan sonra doğuş – uzunömürlülüyün göstəricisi ola bilər

Yuta və Boston Universitetlərinin alimləri minlərlə qadının sağlamlıq və həyat məlumatlarını araşdırdıqdan sonra analıq yaşı ilə uzunömürlülük arasında əhəmiyyətli bir əlaqə aşkar ediblər. xeberde.az-ın məlumatına görə, tədqiqat göstərir ki, qadının uşaq sahibi olduğu yaş onun ümumi sağlamlığı və qocalma sürəti haqqında ipucu verə bilər. Tədqiqatın nəticələrinə görə, sonuncu uşağını 33 yaşından sonra dünyaya gətirən qadınların […]

AKTUAL Dünya

Bu gün “Sevgililər Günü”dür – Dünya necə qeyd edir, biz necə?

14 fevral hər il dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Hər ilin bu günündə cütlüklər bir-birinə xüsusi hədiyyələr alaraq, sevgilərini xüsusi şəkildə göstərirlər.  Lakin bu gün dünyada daha çox Valentin Günü kimi bilinir. Bu isə III əsrdə yaşayan xristian din adamı Saint Valentinlə bağlıdır. Maraqlıdır ki, niyə məhz 14 fevral […]

Gündəm Siyasət

Azərbaycanda 3 məşhur general vəzifəsindən azad edilib – FOTO

Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin tutduqları postlardan uzaqlaşdırıldığı barədə məlumat yayılıb. xeberde.az-ın məlumata görə, müvafiq əmrlə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Fotoda solda Faiq Tağızadə, ortada Orucəli Hacıyev, sağda Etibar Mirzəyev

Siyasət

Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur”

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir. xeberde.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan […]

Dünya

ABŞ həmişə Avropanın övladı olacaq – RUBİO

ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vaşinqtonu “Avropanın övladı” adlandırıb. xeberde.az xəbər verir ki, o, transatlantik birliyin davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, ABŞ-ın məqsədi Qərbin zəifləməsi deyil və Vaşinqton Avropa ilə münasibətləri ayırmaq yox, yeniləmək istəyir. “Bizim evimiz Qərb yarımkürəsində ola bilər, amma biz həmişə Avropanın övladı olacağıq”, – deyə […]