manset Təhsil

Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görüldü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb. BŞTİ-dən xeberde.az-a bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 13, 45, 53, 60 (2 nəfər), 129, 180 (2 nəfər), 194, 204 (2 nəfər), 218, 234, 259, 263, 269, 272, 275 (2 nəfər), […]

Kriminal

Marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Bakıda marketlərdən oğurluq edən 2 şəxs saxlanılıb. xeberde.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami və Səbail rayonları ərazisində yerləşən marketlərdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 943 manat maddi ziyan vurulub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 38 yaşlı Q.Məmmədov və 66 yaşlı M.Nəbiyev müəyyən olunaraq saxlanılıblar. […]

Gündəm Hüquq manset

Xocalıda qətlə yetirilən beş yaşlı qızın məzarı açıldı – VİDEO

Şəhidlər xiyabanında illərdir kimliyi bilinməyən 63 uşaqdan birinin məzarı açılıb. xeberde.az AzTV-yə istinadən xəbər verir ki, aidiyyəti qurumlar Xocalıdan olan beş yaşlı qızın məzarını açıblar. Bu məzarın kimə aid olmasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal olunan […]

Cəmiyyət Hüquq

14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

Konstitusiya” Araşdırmalar Fondu 14 saylı cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbiri və monitorinq keçirib. xeberde.az xəbər verir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması, cəza icra sahəsində şəffaflığın artırılması istiqamətində ictimaiyyətin iştirakının təmin olunması prioritet məsələlərdən biridir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar […]

Təhsil

Məktəblər imtahanlarda “speaking”dən istifadəyə HAZIR DEYİL

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcəyini qeyd edib. Eyni zamanda, magistratura səviyyəsində bu mərhələ uğurla tətbiq olunacağı təqdirdə, gələcəkdə digər aşağı pilləli imtahanlarda da “speaking” mərhələsi tətbiq edilə bilər. Azərbaycanda magistratura imtahanlarına “speaking” mərhələsinin əlavə olunması qərarı dil bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından nəzəri cəhətdən düzgün görünür. Lakin təhsil eksperti Kamran Əsədov […]

Dünya Hadisə manset

Şahin Şıxlinskinin oğlunun evində axtarış aparılacaq

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb. Bundan […]

Bölgə Kriminal

Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. xeberde.az-ın məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Bölgə Kriminal

Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi  

Şəmkirdə dəhşətli cinayət hadisəsi baş verib. 24 yaşlı şəxs 9 və 10 yaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Ailəsi uşaqlarını həmin şəxsə baxması üçün əmanət edibmiş. xeberde.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Qafar (ad şərtidir) qonşuları olan iki azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Həmin […]

Dünya

İran Suriya prezidentinin Bakı səfərindən “sancılandı”

Xamneyinin müşaviri pakistanlı nazirə Azərbaycandan şikayətləndi və sərsəm ittihamlar səsləndirdi – reaksiya “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir”. xeberde.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib. […]

Dünya Siyasət

İrana avqustun sonuna qədər vaxt verildi: Razılığa gəlinməsə…

Avqustun sonu İranın nüvə proqramı üzrə Tehrana sanksiyalardan yayınmağa imkan verəcək razılaşmanın əldə olunması üçün son tarixdir. xeberde.az “Axios”a istinadən xəbər verir ki, ABŞ dövlət katibi və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı bu barədə razılığa gəliblər: “Əgər müəyyən edilmiş müddət ərzində razılaşma əldə olunmazsa, üç Avropa dövləti 2015-ci il […]