Dünya

“İranı Azərbaycan vasitəsi ilə tərk edə bilməyəcəksiniz” –ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-nın Azərbaycandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, xəbərdarlıqda bildirib ki, ABŞ vətəndaşları İranı Azərbaycan vasitəsilə tərk edə bilməyəcəklər. Buna səbəb isə İrandan Azərbaycana girişin məhdudlaşdırılması göstərilib: “ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsiz olduqları təqdirdə quru yolu ilə Türkiyəyə və ya Ermənistan vasitəsi ilə çıxın. İranı Azərbaycan vasitəsilə təcili tərk etməli olan ABŞ […]

AKTUAL Cəmiyyət

Oliqarx oğlunun işində şok müraciət – “Ali Məhkəmənin hakimindən xahiş edirəm ki…”

“Əlləri hər yerdən üzülüb, indi də barəmdə dövlət qurumlarına əsassız şikayətlər yazırlar. Guya ki, DNK testlərindən Orxan deyil, mən yayınıram. Ortada 5 DNK ekspertizası ilə bağlı sənəd var və hər birində də yazılıb ki, Orxan Mikayıl oğlu İsmayılzadə ekspertizada iştirak etməyib”, – bu sözləri Musavat.com-a Fidan Abbasova deyib. İllərdir ki, Azərbaycan məhkəmələrində saqqız kimi çeynənən […]

İdman

Samir Abasov işləmədən “Neftçi”dən maaş alacaq

Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə məğlubiyyətdən (2:3) sonra “Neftçi”dən istefaya göndərilən Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb. xeberde.az futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar. Məsələ burasındadır ki, “ağ-qaralar” 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abasov hazırda işsiz olsa da, “Neftçi” ilə pozulan […]

Siyasət

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasında mühüm mərhələdir. Bu proqram Bakı şəhəri ilə yanaşı Abşeron […]

Cəmiyyət Gündəm

Bu layihə bizə imkan verəcək ki, …

Dünyada baş verən qlobal iqlim dəyişiklikləri, onun nəticəsində yaranan su qıtlıqları bu sahəyə diqqətin artırılmasını tələb edir. O cümlədən şəhərləşmə mühitində yağış sularının idarə olunması, axıdılması və təkrar istifadəsi kimi məsələləri gündəmə gətirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı […]

Ölkə

Azərbaycan Tarixində öz nüfuzlu izini qoymuş əslən Ağstafalı xanım Mina Abdullayeva kimdir?

Abdullayeva Mina Baba qızı (1929 -2003) — Azərbaycan dövlət və ictimai xadimi, uzun illər dəmir yolu və partiya orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Mina Abdullayev 1929 -cı ildə yanvar ayının 11 – də Ağstafa şəhərində anadan olmuşdur. Ağstafa şəhər 24 saylı Dəmir yolu orta məktəbini bitirmişdir. 1947-ci ildə Azərbaycan Politexnik İnstitutunun Dəmir yolu nəqliyyatı fakültəsinə daxil […]

Gündəm Hadisə

Direktor yaralandı, üstəlik 1000 manat cərimələndi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib. Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, […]

Bölgə

Qarabağda iki böyük su anbarı tikiləcək

Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib. “Yəqin […]