10–11 yanvar tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib. Olimpiada onlayn formatda keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. İmtahan nəticələrinə əsasən: 8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər; 9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər; […]
Author: Xeberal.az
Neft Fondunun pul yatırdığı şirkətlər – SİYAHI
2025-ci ilin 9 ayında Dövlət Neft Fondunun səhmlər alt portfeli üzrə aktivlərin həcmi yenidən təsnifləşdirmələr, xalis pul çıxışı və müsbət investisiya gəlirləri fonunda 18,119 milyard ABŞ dollarına yüksəlib, portfel üzrə gəlirlilik göstəriciləri əsasən bençmarkla uyğun formalaşıb. Bu barədə xeberde.az-a Hesablama Palatasına istinadən xəbər verir. Bildirilib ki, bu portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə […]
Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR
Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır. xeberdeaz-ın məlumatına görə, bu barədə Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək. Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın […]
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan […]
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək…
Azərbaycanın elektik enerjisi istiqamətində həyata keçiridiyi davamlı və düşünülmüş layihələr artıq ölkəmizi təkcə istehlak edən deyil, o cümlədən ixrac imkanlarını artıran dövlətlər sırasına qaldırmışdır. Reallaşdırılan və görülən çoxşaxəli tədbirlər Azərbaycanımızı bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi edəcək. Bu gün enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özümüzü çox rahat hiss edirik. Artıq 30-40 […]
Prezidentin orden verdiyi Anar İsgəndərov kimdir? – FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın tanınmış tarixçi alimi, professoru və Milli Məclisin deputatı Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. xeberde.az Anar İsgəndərovun dosyesini təqdim edir: Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun illər elmi […]
Ermənistan pomidoru, bibəri və qızılgülləri Azərbaycana gələ bilər
Ermənistanla Azərbaycan arasında ticarət təmasları çərçivəsində Ermənistan istehsalı olan bir sıra məhsulların Azərbaycan bazarına ixracı müzakirə olunur. xeberde.az xəbər verir ki, danışıqlarda ixrac siyahısına alüminium folqa və onun xammalı, ferromolibden, tütün və tekstil məhsulları, həmçinin kənd təsərrüfatı məhsulları – pomidor və bibər, eləcə də çiçəklər, xüsusilə qızılgüllər daxil edilib. Məsələ ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Gevoq […]
“Bəlkə də utandığından üzə çıxmır” – Nəsimi Nəbizadə haradadır?
“Nəsimi “patı”dan o qədər istifadə edib ki, nə etdiyini bilmir” Ceyhun Salmanov keçmiş teleaparıcının reabilitasiya mərkəzindən qaçmasının şou olduğu iddiasına nə dedi? İki gündür ki, narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzində müalicəsini yarımçıq tərk etməsi sosial şəbəkələrdə müzakirə olunur. Son məlumatları əldə etmək üçün Musavat.com “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri, […]
İranda etirazlar sərhəd tanımır: qəzəbli xalq məscidləri yandırdı
Dünən Tehranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarından yayılan görüntülər şəhərdə gərginliyin artdığını göstərir. xeberde.az “Azad İran”a istinadən xəbər verir ki, videolarda iki məscidin və bir sıra avtomobillərin yandığı görünür. Məlumata görə, yandırılan məscidlərdən biri Tehranın Səadətabad bölgəsində yerləşən Ər-Rəsul məscididir. Səadətabadda baş verən etirazlarla bağlı görüntüləri paylaşan şəxs vəziyyətin son dərəcə ağır olduğunu bildirərək qeyd […]
Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub. xeberde.az xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb. Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub. 2013-cü ildə Nəsimi RİH-də […]










