Aparıcı İlkin Həsəninin adından dələduzluq edilib. xeberde.az xəbər verir ki, aparıcı fotosunun kazino oyunlarında istifarə edildiyini bildirib. “Kimdirsə “deepfake” metodunu yeni öyrənir. Video və fotolarımdan istifadə edib, onlayn kazino reklamları hazırlayırlar. Ağıllı insanlar sadəcə gülüb keçir, yerdə qalanlar isə kazino “reklamı”nı edənləri söyür” deyə, İlkin əlavə edib.
Author: VUQAR FERZELIYEV
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
30 il erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altında saxladılar. 30 il bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından erməni caniləri tərəfindən ağır işğəngələrə məruz qalaraq, qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində […]
Bakıda səfirlik maşını qaydaları pozdu
Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb. xeberde.az xəbər verir ki, fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb. O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib. Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir. İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus dayanacağı və velosiped zolağını zəbt edən […]
Saakaşvilinin həbsxanadakı televizorunda yeganə Azərbaycan kanalı: “Qalan hamısı rus kanallarıdır
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili saxlanıldığı müəssisədəki son vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib. xeberde.az xəbər verir ki, xəstəxana şəraitində müalicədən sonra yenidən həbsxanaya dönən Saakaşvili bildirib ki, bu dəfə həbsxana rəhbərliyi onu “tam dolu şəkildə” qarşılayıb. O deyib ki, əvvəlki dövrlə müqayisədə nəzarət daha da sərtləşdirilib. Saakaşvilinin sözlərinə görə, müəssisə rəhbərliyi ehtiyat edir ki, o, digər […]
“Ledi Qaqa özünü mənə oxşadır” – Elza Seyidcahan
Əməkdar artist Elza Seyidcahan yeni açıqlaması ilə diqqət çəkib. xeberde.az xəbər verir ki, sənətçi “Gün Ortası” verilişində qonaq olub. O, dünyaca məşhur müğənni Ledi Qaqanın özünü ona oxşatdığını bildirib: “Ledi Qaqa da mənə həsəd aparır. Çünki mən 1986-cı ildə sənətə gələndə geyimlərimi başa düşmürdülər. Müzakirələr, müdaxilələr edirdilər. Guya məni tənqid edirdilər. İndi hamısı məni təkrar edir. […]
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir?
Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun müsadirə edən əmlaklarından biri də “BMW 750LI” markalı avtomobildir. xeberde.az xəbər verir ki, 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil hazırda yararsız vəziyyətdədir. Təkərləri də olmayan maşın Yasamal rayonu ərazisində yerləşir. Avtomobilin gələn ay dövlət hərracında satılacağı bildirilir. S.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 […]
“Uğur 777” estetik mərkəzində qanunsuz əməliyyatlara görə CİNAYƏT İŞİ BAŞLANILDI
Bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə xeberde.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən […]
Bu hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək. xeberde.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.
Uşağınız üçün peşəkar loqoped necə seçilməlidir? – Mütəxəsis açıqladı
“Loqopedin peşəkarlığı onun təhsili, nitqi, diaqnostika müdaxilə bacarıqları və müraciət olunan şəxsin idarə etmə bacarıqları ilə müəyyən edilə bilər”. xeberde.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib. Onun sözlərinə görə, loqopediyaya aid müvafiq ali təhsil, müntəzəm peşəkar inkişaf və sertifikatlar onların peşəkar […]
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir- Özünün xəbəri yoxdur
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi bu gün də keçirilməyib. Məhkəməyə çağırılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən çağırılan mütəxəssis Akademiyanın səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədi özü ilə gətirməyib. Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatət qaldıraraq məhz bu səbəbdən prosesin təxirə salınmasını istəyib. Vəkil mütəxəssinin məsul […]










