Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı […]
Author: VUQAR FERZELIYEV
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. […]
Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayan C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni açıqlama yayıb. xeberde.az-ın məlumatına gorə, Nazirlikdən bildirilir ki, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstan axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir. Xatırladaq ki, Gəncədən havaya qalxan […]
Sabah bu rayonda işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq xeberde.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib. Məlumata görə, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac ” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq. Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin […]
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb. xeberde.az xəbər verir ki, bu haqda “Unikal”a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub. Qeyd edilib ki, sözügedən tədbirlər […]
Müdafiə naziri qəza yerinə getdi
Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında paylaşım edib. xeberde.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycandan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim. Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər […]
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı geri alınır? – DETALLAR
Rövşən Telman oğlu Əkbərov birinci Qarabağ Müharibəsində iştirak edib. xeberde.az xatırladır ki, ona Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. R.Əkbərov 1995-ci il mart hadisələri zamanı “OMON” silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (1993-cü […]
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib. xeberde.az xəbər verir ki, Xətai rayonunda 25 yaşlı qadın sərxoş vəziyyətdə avtomobildə yatarkən ona məxsus “Jeep” markalı maşından 3000 manat oğurlanıb. O, hadisə barədə polisə məlumat verib. Aparılan araşdırmalarla cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı Mikayıl Quliyev müəyyən olunaraq saxlanılıb. O, qadının yolda yatmasından istifadə edərək oğurluğu törədib. Araşdırmalar […]
Xadimənin çirkli ayna zənn edib sildiyi toz sənət əsəri imiş – FOTO
Tayvanda xadimə qadın tarixi əsəri təmizləmək istəyərkən məhv edib. xeberde.az “The Sun”a istinadla xəbər verir ki, Taypey şəhəri yaxınlığındakı “Keelung” İncəsənət Muzeyində xadimə işləyən şəxs “Tərs Sintaksis-16” əsərini təmizləyib. O, “çirkli güzgü” ilə səhv salaraq 40 illik tozu tualet kağızı ilə silib. 40 il əvvəl rəssam Çen Sung-çi tərəfindən yaradılan əsər güzgünün mərkəzindəki ləkə ilə “orta təbəqənin […]
Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan […]










