Dağıstanın cənubunda zəlzələ baş verib. xeberde.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin 4,0 bal gücündə olub. Zəlzələ ocağı 10 km dərinlikdə, episentri təxminən 600 min insanın yaşadığı Mahaçqaladan 122 km cənub-şərqdə olub.
Moskva şəhərində 17 yaşlı məktəbli, TikTok-da izlədiyi bir videoya əsaslanaraq hemoglobin səviyyəsini artırmaq məqsədilə öz qanını içib. Lakin cəhd uğursuz olub və yeniyetmənin vəziyyəti pisləşib. Gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub. […]
Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz […]