Lerik rayon Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əfrəddin Abdullayev də sertifikasiya imtahanında yaşına görə yüksək bal toplayıb. xeberde.az-ın məlumatına görə, 68 yaşlı Əfrəddin Abdullayev sertifikasiya imtahanından 60 bal uzərindən 56 bal yığıb. Sertifikasiyaya könüllü qatılan Əfrəddin müəllimin maaşındakı artım 35 faiz təşkil edəcək.
“Nəsimi “patı”dan o qədər istifadə edib ki, nə etdiyini bilmir” Ceyhun Salmanov keçmiş teleaparıcının reabilitasiya mərkəzindən qaçmasının şou olduğu iddiasına nə dedi? İki gündür ki, narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzində müalicəsini yarımçıq tərk etməsi sosial şəbəkələrdə müzakirə olunur. Son məlumatları əldə etmək üçün Musavat.com “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri, […]
Ermənistanın hərbi cinayətinə hüquqi qiymət verilməsi üçün addımlar atılır xeberde.az xəbər verir ki, Başlıbel qətliamından bu gün 32 il keçir. Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini […]