Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci illiyi, Azərbaycanın Müstəqilliyi günüdür. İllər keçsə də, bu milli dövlətin qurucuları, yaradılması, tarixi şəraiti və başqa bu kimi faktlar, hadisələr dəyişməzdir. Hər il Cümhuriyyətin yarandığı gün qeyd olunanda ovaxtkı tarixi hadisə də xatırladılır. Azərbaycan Cümhuriyyəti türk və islam dünyasında ilk demokratik, parlamentli respublika olub. Onun yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlılar 150 min kv/km-lik ərazidə yaşayırdı. Azərbaycanın tarixi və əzəli bu torpaqlarında 1918-ci ildə Cənubi Qafqazda “Ermənistan Demokratik Respublikası” da quruldu. Yaranmış beynəlxalq şəraitə görə cümhuriyyət rəhbərləri ərazini müstəqil Azərbaycan dövləti ilə mübadilə etdilər. Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş verib. 1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırıb, uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şuranın yaradılmasına dair qərar qəbul edilib. AXC Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, İcra Komitəsinin sədri Fətəli xan Xoyski seçilmişdi. AXC hökuməti 1918-ci ilin mayın 28-dən iyunun 16-na qədər Tiflisdə, iyunun 16-dan sentyabrın 17-ə qədər Gəncədə, 1920-ci sentyabrın 17-dən həmin il aprelin 28-inə qədər isə Bakıda fəaliyyət göstərib. Cümhuriyyətin yaranmasından bəhs edərkən onun süqutuna da toxunmağa ehtiyac yaranır. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası şimal bölgələrdə hərbi qüvvələrin azlığından yararlanaraq Azərbaycana hərbi müdaxilə edib. Bunun ardınca 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Cümhuriyyət parlamentinin qəbul etdiyi qərarın heç bir müddəasına əməl olunmadı. Əksinə, bolşeviklərin repressiyası gücləndi. Bununla Azərbaycan torpaqlarının işğalı davam elədi, siyasi, sosial mühacirət başladı. Bolşeviklərin hakimiyyətə gəlişi ilə azərbaycanlılar Qərbi Azərbaycandan, Ermənistandan zorla çıxarıldı. Azərbaycanın Zəngəzur, Göyçə və başqa mahalları Moskvanın qərarı ilə Ermənistan verildi. Qarabağda isə “Muxtar Vilayət” təsis edildi. Bununla da yeni münaqişənin, ziddiyyətin əsası qoyuldu. 1988-ci ildən -1991-ci ilədək ermənilər sovet hərbçilərinin yardımı ilə Qərbi Azərbaycan torpaqlarında türkləri, azərbaycanlıları, müsəlmanları qovaraq, onları zorla Ermənistan vətəndaşlığından məhrum etdilər. Sonrakı proses Qarabağda davam etdirildi. Onlar Rusiya, Fransa kimi havadarlarının siyasi, hərbi və maddi və sair yardımı ilə Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı. Azərbaycan torpaqlarının azad edilməsi üçün iki dəfə böyük miqyasda müharibə aparıb – Birinci və ikinci Qarabağ müharibələri. Bəzi dairələrdə Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğu şübhəsinə 2020-ci ildə 44 günlük Vətən müharibəsi son qoydu. Azərbaycan türkləri tarixdə çoxsaylı dövlətlər, imperiyalar qurublar. Son 500 ildə qurulmuş Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərini yada salmaq yetərlidir. 107 il öncə ilk milli dövlət qurulub. Çağdaş dövrün tələbi bu dövləti inkişaf etdirib gücləndirmək, yeni hədəflərə çatmaqdır. Bura işğal altında olan ərazilərin dirçəlməsi, sakinlərin qayıdışı, dünya azərbaycanlılarının assimilyasiyasının qarşısının alınması üçün Azərbaycan türkcəsinin tədrisinin genişlənməsi, Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığının bərpası, Zəngəzur dəhlizinin açılması, firavan, demokratik, ədalətli Azərbaycan qurmaq, Orta Dəhlizin inkişafı, dünyanın təhlükəsiz enerji təchizatında rol, regional sülhə, təhlükəsizliyə, əməkdaşlığa nail olmaq və başqa bu kimi hədəflər daxildir.Sürəyya ZeynalovaSaatlı Tarix-Diyarşünaslıq Muzeyinin Direktoru
Oxşar Xəbərlər
“Böyük Qayıdış” və Zəngilan rayonunun yeni inkişaf dövrü
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 5 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu. İkinci Qarabağ […]
Universitet gələn il mühafizəyə 350 min manat xərcləyəcək
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı il üzrə mühafizə xidmətlərinin göstərilməsi üçün tender elan edib. xeberde.az xəbər verir ki, universitetin ümumi mühafizəsi üçün 21 nəfər nəzərdə tutulub: bir xidmət rəisi, 9 gündüz mühafizəçisi, 8 gecə mühafizəçisi, 3 yataqxana üçün mühafizəçi. Xidmətin ehtimal olunan dəyəri 349 min 185.6 manat təşkil edir. Satınalmaya dekabrın 19-da yekun vurulacaq.
Bakıda maşın öz-özünə hərəkət edib işıqfora çırpıldı
Öz-özünə hərəkət edən avtomobil üzərində piyada bölmələri olan nəqliyyat svetoforunu yararsız vəziyyətə salıb. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola […]



