Mayın 28-də, yəni mübarək Müstəqillik günündə təşkil olunmuş Laçın Zirvə görüşündə, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə cumhur başqanı Rəcəb Tayib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bəyanatları, hər üç dövləti səmimi və sağlam münasibətləri qürur doğuran hallardır. Bu da səbəbsiz deyildir, üç ölkə arasında qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz üçtərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bir daha qeyd edəm ki, bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün səhər açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Laçın Zirvə görüşü həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Möhkəm əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək.Vahid Mirzəyev,Cəlilabad şəhər bələdiyyəsinin sədri
Oxşar Xəbərlər
Günəşdə dəliklər formalaşmağa başlayıb
2021–2022-ci illərdə, demək olar ki, tamamilə yoxa çıxmış qütb koronal dəlikləri Günəşdə yenidən aktiv şəkildə formalaşmağa başlayıb. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatda deyilir. “Günəşdə qütb koronal dəliklərinin aktiv formalaşması başlayıb. Bu strukturlar 2021–2022-ci illərdə, demək olar ki, […]
“Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm”
Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Müğənni bu haqda “Etiraf” verilişində danışıb. Seyidcahan aparıcının “Çox gözəlsən, üzündə botoks, əməliyyat yoxdur. Övladların da ailəlidir. Özün ailə qurmaq haqda düşünmürsən” sualına belə cavab verib: “İnsan öz sənəti ilə məşğul olanda, o haqda düşünmür. Şəriətə, həyata, dinə görə düzdür. Amma həyat davam edir. Allah […]
13-cü mərtəbədən yıxılan qadın sağ qalıb – Rusiyada
Novosibirskdəki mütəxəssislər hündürlükdən yıxılan qadını xilas ediblər. xeberde.az xəbər verir ki, bu barədə “Miass Xilasediciləri” bildirib. Hadisə İqarskaya küçəsində baş verib. Telegram kanalının məlumatına görə, zərərçəkən 13-cü mərtəbənin pəncərəsindən yıxılaraq binanın girişinin tavanına düşüb. Hündürlüyə baxmayaraq, qadın sağ qalıb. Nəşr bildirib ki, “xilasedicilər tibbi təxliyə həyata keçirib və onu təcili yardım briqadasına təhvil veriblər”. Onun yıxılma […]


